Daxili İşlər orqanlarında dəyişiklik olub.
Müstəqil.Az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, Xocalı Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin inzibati təcrübə üzrə inspektoru, polis kapitanı Nemət Məmmədov DYPB-nin rəisi təyin olunub.
Qeyd edək ki, DYPB-nin rəisi, polis mayoru Rövşən Əkbərov təqaüdə çıxıb.
Müstəqil.Az