Rusiya prezidenti Vladimir Putinin İrana səfəri başlayıb.
Virtualaz.org Rusiya KİV-ə istinadən bildirir ki, onu Tehran aeroportunda İran rəsmiləri qarşılayıblar.
Qeyd edək ki, bu gün Tehranda Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli, eləcə də Rusiya-İran və Rusiya-Azərbaycan formatında ikitərəfli görüşləri keçiriləcək.
Görüş zamanı tərəflər arasında energetika, nəqliyyat sahəsində əməkdaşlığa dair məsələlərin əsas müzakirə mövzusu olacağı deyilir. Bundan başqa, tərəflər terrorla mübarizə və aktual regional məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər.
Müstəqil.Az