Azərbaycan ərazi bütövlüyünü təmin etdi – Həzərxan Əbilov

Azərbaycan ərazi bütövlüyünü təmin etdi – Həzərxan Əbilov
 
“Artıq müharibə arxada qaldı. Bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq”.- İlham Əliyev.
Möhtərəm prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində heç bir itgi vermədən Laçın rayonu da işğaldan azad edildi. Bununla da Azərbaycan öz ərazibütölüyünü tam təmin etdi. İndi vətənimizi sərhədləri boyu Azərbaycan əsgəri qoruyur. Qeyd edək ki, 1992-ci il mayın 18-də Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən Laçını işğal etmişdi. Erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan etmişlər. Çox şükür ki, qisas qiyamətə qalmadı. Torpaqlarımız son qarışınadək düşmən tapdağından azad edildi. Bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan xalqını təbrikində demişdir:- “Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir.
Sin descripción disponible.
Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq” qeyd etmişdir. “İlk növbədə, biz Laçına laçınlıları qaytaracağıq. Əziz laçınlıları bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, gözaydınlığı verirəm. Laçın işğal olunanda bu rayonda təqribən 50 mindən bir qədər çox əhali yaşayırdı. İndi Laçın rayonunun əhalisi 80 min nəfərə çatıb. Əlbəttə ki, laçınlıları qısa müddət ərzində Laçına qaytarmaq bizim əsas vəzifələrimizdən biri olacaqdır. Həmçinin biz çalışacağıq ki, keçmiş məcburi köçkünləri işğaldan azad edilmiş bütün digər rayonlarımıza qısa müddət ərzində qaytaraq”, – deyə Prezident İlham Əliyev vurğulayıb. Bəli, bununla da ərazi bütövlüyümüz təmin olundu. Tezliklə işğaldan azad edilmiş ərazilərimizdə tikinti-quruculuq işləri başlanacaq. Laçınlılar da doğma torpaqlarına əbədi yaşamaq üçün geri dönəcəklər. Bu şərəfli tarixi bizə yaşatdığına görə Ali Baş Komandan İlham Əliyevə, müzəffər ordumuza təşəkkür edirik. LAÇIN BİZİMDİR! QARABAĞ AZƏRBAYCANDIR!
Xəzər rayon təhsil işçiləri adından;
Həzərxan Əbilov.
Müstəqil.Az
Sin descripción disponible.
Share: