Dənizçilərə Sosial Dəstək İctimai Birliyindən yeni bir layihə ilə Vətən müharibəsində şəhid olmuş dənizçilərimizin və dənizçi ailəsinin övladlarının xatirəsini əbədiləşdirəcək.
Müstəqil.Az bildirir ki, bu barədə İctimai Birliyin sədri, gəmi kapitanı, şair- publisist Faiq Balabəyli DSD İB –nin Feysbuk sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
O, bildirib ki, noyabrıın 10-da imzalanan 3 tərəfli sazişə əsasən müharibə Azərbaycanımızın qələbəsi ilə başa çatdı. Günlərlədir bir-birimizi təbrik edib, təbrikləri qəbul edirik. Qələbəmiz davamlı olsun. Azərbaycan Ordusuna, bütün əsgər və zabitlərimizə, əlbəttə ki Azərbaycan Ordusunun Ali BaŞ Komandanına eşq olsun!
Artıq müharibədə verdiyimiz şəhidlərin sayı da açıqlandı, 2783 şəhidimiz var. 1300 yaxın hərbi qulluqçumuz hospitallarda müalicələrini davam etdirir. Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirik.
Müharibədən qalib ayrılsaq da görüləcək işlər çoxdur. Hələ də Ermənistan və onların havadarları ermənilərin bu məğlubiyyəti ilə barışmır. Amma Azərbaycan olaraq qələbəni qazanıb, ərazi bütövlüyümüzü təmin etmişik.
Mən DSD İB-ni sədri olaraq oktyabrın 1- dən 30-na qədər olan məzuniyyətimi cəbhə bölgəsində keçirdim. İB-yin təşəbbüsü ilə ordumuza müxtəlif yardımlar apardıq, əsgərlər qarşısında çıxışlar etdik, onlara mənəvi dəstək olduq. Bizim bu aksiyaya dostlarımız Azərbaycanın yeni nəsli istedadlı yazıçıları, jurnalistləri, digər iş adamları və əsasən də xarici ölkələrdə işləyən dənizçilərimiz də dəstək oldu ki, onlar haqda dəfələrlə mətbuatda bəhs etmişəm.
Bir mənalı olaraq demək olar ki, ön cəbhədə olan, səngərdən səngərə, qayadan-qayayay, meşədən-meşəyə adlayaraq torpaqlarımızı, ev-ev, küçə-küçə, kənd-kənd, rayon-rayon, şəhər-şəhər azad edən qəhrəman əsgərlərimiz döyüşdə tək olmadılar. Xalqımızın bütün zümrəsinin nəfəslərini kürəklərində hiss etdilər. Körpə uşaqlarımızdan tutmuş ahıllarımıza qədər hər bir kəs özünü cəbhədə hiss etdi.
Bu müharibədə xalqımızın bütün övladları kimi AXDG QSC (ASCO) ailəsinin də övladları cəbhədə oldu. Həm döyüşçü kimi, həm döyüşçü atası-anası kimi, həm də hami kimi.
DSD İB həm şəhid dənizçilərimiz, həm də kollektivimizin şəhid övladları haqda kitab hazırlayaraq onların adlarının əbədiləşdirməsi üçün yeni bir layihəyə start verir. I Qarabağ savaşında və II Qarabağ savaşında canlarından keçmiş dənizçilərimiz və dənizçi övladlarımız haqqında əlinizdə olan məlumatların bizə çatdırılmasını istərdik. Xatırladım ki, I Qarabağ savaşında XDND də şalışam dənizçilər haqqında bir kitab yazmışdım. Bu kitab isə AXDG QSC-nin bütün strukturlarını, idarə və müəsisələrinin şəhidlərindən bəhs edəcək.
Müstəqil.Az