Özbəkistanlı xanım şair qələbəmizə sevinir

Özbəkistanlı xanım şair qələbəmizə  sevinir

Azərbaycan Ordusunun Qarabağ uğrunda gedən savaşlara qalib olması, ərazi bütövlüyümüzün təmin edilməsi qardaş Özbəkistanda da öz sevincləri kimi qarşılanıb.

Azərbaycan xalqının ədəbiyyatının yaxın dostu, şair-tərcüməçi Şəhla Qasımova sevincini Müstəqil.Az-la bölüşüb və qələbəmizə həsr etdiyi şeirini göndərib:
“Döyüşün ilk günlərindən biz həyacanla, böyük bir narahatlıqla hadisələri izləyirdik. İnternet saytlarımızda, TV-də, və sair KİV – də hadisələr xronoloji ardıcıllıqla işıqlandırılırdı.  Məlumdur ki, Özbəkistan bir dövlət olaraq həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Şanlı Azərbaycan Ordusunun bu böyük qələbəsinə olan sevincimizi sözlə ifadə eləmək cətindi. Shukurlar olsun, Qarabağ düşmın əlindən qurtuldu. Qələbəniz – qələbəmiz haqda video müraciət etmişəm, şeirlər yazmışam.  Biz həmişə ruhən, qəlbən, sizlərlə olmuşuq və olacağıq. Özbəkistan xalqə, ictimaiyyəti, əlbəttə ki, ədəbi mühüti bu qələbəni böyük bir sevinclə qarşıladı.

Azərbaycan Qələbə qazandı! – xəbərini eşidəndə yazılan şeir

 
Azərbaycan torpağında bayramdı…
Otuz illik nisgil  yetişdi sona
arzular çin oldu bu gün axır ki…
Bu zəfər çox çətin bir zəfər oldu
amma ki sevinci dünyadan böyük…
İgid oğlanların, gözəl qızların 
torpağa qarışan qızıl  qanıyla,
Gəncədən, Bərdədən, Tərtərdən olan
Yaşlılı nənələrin, ahıl  babanın, 
günahsız körpənin gedən  canıyla
Azəri yurduna gəldi qələbə…
İyirmi yanvardan bəri qəm-qüssə
kədər rəmzi olan məzarlar üstə
alovtək od saçıb, alışıb,  yanan
Qırmızı qərənfillərlə gəldi qələbə…
Qanlı göz yaşları qəlbinə axan
oğlunun dərdini içində çəkən
şəhidin  gözləri yaş  anası ilə
yarının tabutun çiyninə alan
igid döyüşçünün sonası ilə
“atam!”- deyə -deyə göz yaşı tökən
şəhid  balasının baxışı ilə,
əkiz oğullarını bir gündə doğub
bir gündə torpağa verən ananın
dağları əridən naləsi  ilə,
qaçqınlıq, köçkünlük,
dərbədərlikyin əzabından bezar,
evinin açarını hər an qoruyan,
bir gün qayıtmağa ümidli olan,
şuşalı, füzulili, laçınlı, cəbrayıllıların
ümüdü, arzusu duası ilə,
yağı tapdağınnda qalan yerlərin
sızlayan ah dolu sədası ilə
bu yurda, bu elə gəldi qələbə…
“Vətənim” sözündən qəlbinə riqqət,
Xocalı deyəndə bağrı deşilən,
düşmənin əlində  əsir olaraq
dərisi soyulanların ağri-acısı,
bir gecə yurdundan ayrı düşənin,
dağlarda əzabla öldürülənlərin,
arzu istəyiylə gəldi qələbə…
Şəhidlər xiyabanında
əbədi mənzil tapan
Çingizlərin, İlhamların, Fərizələrin
ruhunu şad edib
Hiyləgər düşmənin
planın bərbad edib,
“Qarabağ Azərbaycandır!”
nidası ilə
İnsanların Allaha
ucalanduası ilə gəldi Qələbə…
İşğaldan azad olan o müqəddəs diyarda
müqəddəs məscidlərdən
 ucalan “Allahu əkbər!” lərin
azan sədası ilə
Sevinclə, fərəhlə
 gəldi  Qələbə…
Dost olanlar, dindaş, qardaş qandaş
olanlar, Qələbəniz mübarək!
Bu böyükdən də böyük
Qələbəniz mübarək,
Onu başa tac bilək, yüksək tutun.
Qəhrəman şəhidləri qanı ilə süslənən,
Torpağı unutmayın,
Quran ayələri ilə xatırlayaq,
sevək ulu Vətəni
tuti bilək daşını, qayasını
əyilək
öpək ulu Vətəni.
2020-ci il  noyabr
Özbək türkcəsindən azəri türkcəsinə Faiq Balabəyli uyğunlaşdırdı
Share: