“Qarabağ problemi ilə bağlı danışıqlar prosesindən kim nə danışırsa, danışsın, sən susmalısan, Nikol Paşinyan! Sənin bildiyin, danışıqların tarix, özünün də ifadə etdiyin kimi, “savadlı” və “konstruktiv” Əliyev tərəfindən səsləndirilib. Sən ona o qədər inanmısan öz ölkənin əvvəlki liderlərindən prosesi ətraflı öyrənməyi belə, lüzumsuz hesab etmisən. Deməli, sən bizim düşmənimizə qeyd — şərtsiz etibar etmisən, siyasi opponentlərinə isə yox. Məhz buna görə də sən danışıqlar prosesinin mənasını və məqsədlərini hələ də başa düşməmisən”.
Bəyanatında həmçinin xatırladılır ki, Azərbaycan prezidenti İlham Əliyev onu aşağılayanda, gülüb istehza edəndə belə, cavab verməyə belə cəsarət göstərməyib. Sarqsyanın sözlərinə görə, İlham Əliyevin bu çıxışları dünyanın istənilən yerində yaşayan hər bir ləyaqətli erməni üçün böyük rüsvayçılıq və təhqir idi. Sarqsyan Baş naziri yalnız öz siyasi opponentlərinə hücum etməyə, erməni xalqının düşməni qarşısında isə diz çökməkdə ittiham edib.
“Sən qorxaqlara xas olan manipulyativ fəndlər vasitəsilə tarixi vicdansızcasına saxtalaşdırmağa, öz biabırçı məğlubiyyətlərini ört-basdır etməyə, məsuliyyətdən qaçmağa çalışırsan. Son iki il yarım ərzində sən Qarabağ münaqişəsinin yalnız torpaqların təhvil verilməsi və ya verilməməsi istiqamətində həlli prosesini apardın, halbuki səndən əvvəlki hakimiyyətlər “Arsax”ın kompromislərlə Azərbaycanın tərkibindən necə çıxması barədə düşünürdülər”, – deyə Sarqsyanın bəyanatında bildirilir.
Sabiq prezident bəyanatında söz verib ki, gələcəkdə bu və digər məsələlər üzərində geniş dayanacaq.
“Bundan sonra müstəqil Ermənistanın bütün keçmiş hakimiyyətləri “Vətən”i ləyaqətlə müdafiə etmiş, torpaqlarını qurtarmış komanda kimi tarixə düşəcəklər, sən isə öz kreslosu uğrunda müharibədə nalayiq şəkildə məğlubiyyətə uğramış, “Artsax” torpağını təslim etmiş, danışıqlar aparmağa qadir olmayan və “Arsax”ı və Ermənistanı ciddi təhlükə altında qoyan, alnına xain damğası vurulmuş qorxaq kimi anılacaqsan. Tarix faktlarla yazılır“, – deyə Serj Sarqsyan qeyd edib.
Qeyd edək ki, Paşinyan bu gün Ermənistanın digər eks-prezidenti Robert Köçəryana cavab verərək bildirmişdi ki, Dağlıq Qarabağ məğlubiyyətinin təməlləri 25 il əvvəl qoyulmuşdu. Odur ki, Köçəryan kimi adamlar gərək Paşinyanı məğlubiyyətdə günahlandırmaya. Paşinyana cavab isə Köçəryandan yox, digər eks-prezidentdən gəlib. / Ovqat.com