Ötən gün axşam saatlarında Biləsuvarda traktorla vurulan piyada həyatını itirib.
Müstəqil.Az – ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, oktyabrın 31-də saat 19 radələrində Biləsuvar rayonunun ərazisində müəyyən edilməyən traktorla Cəbrayıl rayon sakini Zaur Yunusov vurulub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Cəbrayıl RPŞ tərəfindən araşdırma aparılır.
Müstəqil.Az