Dənizçilər pensiya yaşı ilə bağlı müraciət etdi

Dənizçilər pensiya yaşı ilə bağlı müraciət etdi

Son vaxtlar çoxsaylı dənizçilərimiz tərəfindən “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinə müxtəlif məzmunlu müraciətlər olunur. Bu müraciətlərdə dənizçilərimizin sosial durumunun yaxşılaşdırılması istiqamətində təklif və iradlar yer alır. Müvafiq dövlət orqanlarının işlərində və əhaliyə, xüsusi ilə ağır və zərərli işlərdə çalışanlara əvvəllər yaradılan şərait və imtiyazların olmaması   diqqəti çəkir.

 

“DSD” İB olaraq bu məsələlərlə bağlı araşdırmalar aparılır, dənizçilərimiz arasında maarifləndirmə işləri görülür və haqlı olaraq da dənizçilərimizin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq təşkilatlarla əlaqələr qurub, onları məlumatlandırırıq.

Müstəqil.Az xəbər verir ki, bunu “DSD” İB-nin sədri, gəmi kapitanı Faiq Balabəyli, dənizçilərin pensiya yaşı ilə bağlı müraciətə münasibər bildirərkən deyib. O, eyni zamanda dənizçilərin pensiya yaşının aşağa salınması, bütün dünya dənizçilərinin yaş həddi ilə bərabər edilməsi ilə bağlı da Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Milli Məclisinə, və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə sədri olduğu İB tərəfindən müraciətlə edildiyini də qeyd edib.

“DSD” İB nin Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə  ünvanladığı müraciəti təqdim edirik:

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, cənab Sahil Babayevə

Dənizçilərə Sosial Dəstək İctimai Birliyi tərəfindən müraciət

Çox hörmətli, Sahil müəllim!
Azərbaycan Respublikasının Xəzər hövzəsində və bütün dünyada çalışan azərbaycanlı dənizçilərin “DSD” İB nə müraciət olunub

 

Müraciətdə çox saylı dənizçilər pensiya yaşının yüksək olmasından bəhs edir və haqlı olaraq bu yaş həddinə naziri olduğunuz Dövlət ququmu tərəfindən yenidən baxılmasını istəyirlər.

Buna səbəb Azərbaycanda təqaüd yaşlarının zaman keçdikcə artırılmasıdır.

Heç kəsə sirr deyil ki, bütün dövrlərdə və bütün ölkələrdə ağır və zərərli işlərdə işləyənlərin  pensiyaya çıxma yaşları digər sahələrdə çalışan vətəndaşlarla müqayisədə erkən yaş həddində olub.

İnsanların ağır və zərərli işlərdə çalışmaları həmin koteqoriya da olanların pensiyaya tez çıxmalarının  bir növ imtiyazları idi.

Heç də sirr deyil ki, yaxın tariximiz olan Sovetlər İttifaqı zamanı əhaliyə pensiya ilə bağlı münasibət o dövrün müvafiq nazirliyi tərəfindən, sizin və sizdən qabaqkı  nazirin bu günükü münasibəti ilə müqayisə edilsə bu fərqi aydın görmək olar. O zaman İnsanlar müvafiq olaraq 52(qadınlar, çox uşaqlı analar) və 55 (kişilər) yaşında təqaüdə çıxardılar.

İndi bu yaş həddin artırılıb. Son zamanlar bununla bağlı hər hansı bir yeniliyə imza atmanız isə, problemi həll edə bilmir. İnsanlar faktiki olaraq, ölənə qədər işləyir. Yəni əmək yaşlarını başa vurmaqla bərabər, həyatlarını itirmələri sanki eyni anda, çox qısa zaman kəsiyində bir-birini əvəzləyir. 65 yaşında təqüdə çıxmağa başqa ad da vermək olmur. Ölkədə yaşanan ömrün orta yaş həddini nəzərə almaq yaxşı olardı.

Xüsusi ilə də dənizçilərin. Sovetlər zamanı gəminin maşın şöbəsində işləyənlər 55 , göyərtə komandasında çalışanlar isə 57 yaşında təqaüdə çıxardılar. Düzdür, müstəqilliyimizin ilk illərində  bu yaş həddi qorunub saxlansa da, sizdən qabakı nazir Səlim Müslümov tərəfindən təklif olunan yeni qaydalara görə aradan qaldırıldı və bu gün də sizin rəhbəri olduğunuz nazirlik geriyə baxış etmək istəmir. İrıliyə baxış isə bu məsələdə özünü doğrultmur. İnsanlarımız əvvəlki illərlə müqayisədə daha erkən yaşda həyatları ilə vidalaşır. Baxmayaraq ki İndi də imtiyazlı işçilərin, yəni ağır və zərərli işlərdə çalışanların yaş həddi digərləri ilə aşağadır. Bu, 60 və 63 yaşla tənzimlənir ki, əslində bu hal da Azərbaycan insanına, onun sağlam halda pensiyaya çıxmasına, uzun, eyni zamanda ağır və zərərli işdə işlədiyinə görə guya ki yaradılan şərait deyil.

Ömrünün və əmək fəaliyyətinin 40-45 ilini dənizdə, nəm və çətin hava şəritində işləyən, ilin 11 ayını gəmidə, dəmir tikilinin, müxtəlif hava şəraitində  keçirən dənizçilərin orta yaşam həddi 50-55 yaş arasında dəyişir. Səlim Müslümov tərəfindən irəli sürülən və əhalinin xeyrinə olmayan bu yaş həddi, dənizçilərimizin haqlı olaraq gəldiyi qənaətdə deyildiyi kimi, onların əmək cəbhəsindən, məzara yola salınmasına gətirib çıxarır. Əslində isə insanımız heç olmasa təqaüd yaşında dincəlməli, istirahət etməlidir. Lakin indi qüvvədə olan yaş həddi buna imkan vermir. Dənizdən və digər ağır işlərdə işləyəyərək (neft qazma qurğuları, şaxtalar da, metro tikintisində və sair) pensiyay çıxanların aldıqları 300-350 azn təqaüd pulu pensionerlərimiz tərəfindən apteklərə daşıyır və bu məbləğ də bəzən çatmır.
“DSD” İB-yi olaraq, Sizdən dənizçilərimizin xahişini nəzərə almağı, bütün bunlara yenidən baxılmağını xahiş edirik. Dənizçilərin, eləcə də digər ağır və zərərli iş şəraitində işləyənlərin təqaüd yaşlarının nizamlanması, heç olmasa 57 yaşa qədər endirilməsi haqda Azərbaycan Hökuməti və Milli Məclisi qarşısında məsələ qaldırmanızı, yeni təkliflər hazırlamağınızı istəyirik.
Hörmətlə: “DSD” İB-nin sədri Faiq Balabəyli
28.12. 2o2o

Share: