İngilis sənətçisi Arabella Dorman qaçqın probleminə diqqət çəkmək məqsədi ilə parlaq bir işə imza atıb. Məşhur müğənni Yunanıstan adasındakı qaçqınların paltarlarını Londondakı Sankt – Ceyms Kilsəsinin tavanına asıb.
Müstəqil.az xarici mediaya istinadən xəbər verir ki, ölkələrindəki müharibədən qaçan və müxtəlif ölkələrə sığınan qaçqınların yaşadıqları problemlərə diqqət çəkmək istəyən sənətçi sahildən toplanmış 700 qaçqın paltarından bir sənət əsəri yaradıb.
Londonda kilsənin tavanına asılan paltarlar arasında körpə pijamaları, ayaqqabılar, şalvarlar, corablar, əlcəklər, şlyapalar və daha bir çox geyim əşyası baş aşağı sallanan vəziyyətdə ziyarətçiləri qarşılayır.