“Yalan söhbətdir, pul istəsəydilər, bilərdik…”

“Ötən gün bir yerdə olmuşuq, kefi yaxşı idi, axşam eşitdim ki, qəfildən öz iş otağında damarlarını doğrayıb”.

Bunu virtualaz.org-a Göyçay şəhərindəki 9 saylı məktəbin binasında yerləşmiş Şuşa şəhər 17 saylı məktəbin direktoru Məzahir Hüseynov deyib.

Onun sözlərinə görə, direktor evinə – oğluna və həyat yoldaşına zəng edərək halının pisləşdiyini bildirib. Bundan sonra təcili yardım çağırılıb və onu xəstəxanaya yerləşdiriblər.

17 saylı məktəbin direktoru deyir ki, Akif Qəribov 18 ilə yaxındır ki, məktəb direktoru işləyir və onun hər hansı problemi olmayıb: “Yalandan yazırlar ki, pul istəyiblər. Ondan kim pul istəyə bilər ki? Rayon Təhsil Şöbəsinin müdiri ilə də çox yaxın münasibəti var, bir yerdə oturub-dururlar. Bunlar yalan söhbətlərdir, əgər pul istəsəydilər, bilərdik. Mənim bildiyimə görə, ailəsində də problem olmayıb. Hələ hansı səbəbdən intihar etmək istədiyi bilinmir, hazırda iş araşdırılır”, – deyə M. Hüseynov qeyd edib.

 

***10:33

Göyçay rayonunda məktəb direktoru intihara cəhd edib.

APA-nın xəbərinə görə, hadisə dünən axşam saat 21:30 radələrində Göyçay şəhərinin Heydər Əliyev prospektində yerləşən 9 saylı orta məktəbin qarşısında baş verib.

Rayon sakini, 56 yaşlı Qəribov Akif Mövsüm oğlu rəhbərlik etdiyi şəhər 9 saylı orta məktəbin qarşısında qolunun venasını kəsərək intihara cəhd edib. Çoxlu qan axması səbəbindən huşunu itirərək yerə yıxılan Akif Qəribov təcili yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb. Təcili əməliyyat olunan direktorun hazırda vəziyyəti ağır olaraq qalır.

Rayon sakinlərinin məlumatına görə, uzun illərdir ki, məktəb direktoru işləyən Akif Qəribov ondan yüksək məbləğdə pul tələb olunduğu üçün və pulu verə bilmədiyinə görə özünə qəsd edib.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Müstəqil.Az

Share: