Müstəqil.Az keçmiş döyüşçü Mənsur Məmmədovun Ordumuzun yüksək-rütbəli zabitinin başına gəlmiş ürək ağrıdıcı faciədən bəhs edən yazısını təqdim edir:
Xüsusi Təyinatlı Mənzil (xidməti mənzil);
Gizli qanunsuz əməliyyatın icraçıları: Fermer general Xəqani Cəbrayılov ilə, onun ən yaxın fermer dostu polkovnik İlqar Məmmədov (el arasında mənzillər kralı kimi tanınmaqdadır);
Biri varıymış, biri yoxuymuş, bir yeni nəslin nümayəndəsi olan, polkovnik-leytenant rütbəli və 38 yaşlarında milli kadr hesab olunan bir zabit varmış(Zabitin səhhətini və ona olacaq təzyiqləri nəzərə alıb, hələlik adını aşıqlamırıq-red). Bu zabitin uşaqlıq illəri Tərtər rayonunda 1-ci Qarabağ müharibəsinə təsadüf etmiş və beləliklə uşaqlıq illərinin ən azı 4 ilini müharibə şəratində keçirmişdir. Bu səbəbdən də 17 yaşını tamamlayar-tamamlamaz Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olmuş və 2001-ci ildə həmin məktəbi “Xüsusi Təyinatlı Kəşfiyyatçı” ixtisası üzrə müvəffəqiyyətlə bitirmişdir. Bundan sonra, “Xüsusi Təyinatlı Kəşfiyyatçı” kimi bir neçə xüsusi təyinatlı hərbi hissələrdə tağım və bölük komandiri vəzifələrində xidmət keçmişdir. Hətta, uzun müddət cəbhə bölgəsində tabor komandiri vəzifəsini nöqsansız şəkildə icra etdiyi üçün, təxminən 2016-ci ilin aprel döyüşlərindən sonra, Bakıda yerləşən Hərbi Akademiyada təhsilini davam etdirmək üçün göndərilmişdir.
Beləliklə, cənab polkovnik-leytenant iki illik magistr təhsilindən sonra, 2018-ci ildə, yenidən hərbi hissələrin birinə tabor komandiri təyin olunur. Bu təyinat isə öz növbəsində, artıq təqvimlə 21 il xidmət etmiş bir kadr zabit üçün, o qədərdə xoşgələn mənzərə deyildir. Səbəb də çox sadədir, uzun müddət tabor komandiri işlədikdən sonra Hərbi Akademiyanıda oxumasına baxmayaraq, təkrarən tabor komandiri vəzifəsinə təyinat almaq, əlbət ki, anlayanlar üçün xoşagəlməzdir.
Bu səbəblə də hüquqlarından istifadə edərək qanuni şəkildə ordu sıralarından təxris olunma qərarı verir və təxris raportunuda yazmasına baxmayaraq, qeydiyyata alınmamaqla yanaşı, həm də komandirlər tərəfindən imzalanmır. Belə bir məqamda, MN-nin yuxarıda adı çəkilən qüvvələri hücum taktikasına keçərək bildirirlər ki, yaşadığın xidməti mənzili təhvil verdikdən sonra təxris oluna bilərsən.
Cənab polkovnik-leytenantda təqvimlə 20 ildən artıq xidmət keçməsi, ailəli və 2 azyaşlı uşağının olması, Respublika üzrə digər yaşayış sahəsinin olmaması və həyat yoldaşının da heç bir yerdə işləməməsi səbəbindən xüsusi təyinatlı mənzili təhvil verməkdən imtina edir. Nəticədə cənab polkovnik-leytenantın imtinasına qarşılıq olaraq, kobud qanun pozuntularına yol verməklə, gizli şəkildə xidmət yeri Naxçıvan şəhərinə dəyişdirilir. Yuxardakıların bununlada ürəkləri soymamış, yenədə hərbi polisin təzyiqləri hesabına ailəsini həmin mənzildən zorla çıxarılmasına cəhd edilmiş və hətta özünə belə, müxtəlif yollar ilə təzyiqlər edilmişdir.
Qeyd olunan geniş metodlu təzyiqlərin nəticəsində isə, bir gün həmin cənab polkovnik-leytenant yol keçərkən bir nəmalum avtomobil tərəfindən vurulmuşdur. Zərbənin təsirindən çox ağır dərəcəli beyin travması alaraq, təxminən 2 ay müddətində hərbi hospitalda komada qalıb. Lakin xoşbəxtlikdən yenicə atası rəhmətə getmiş bu yetim polkovnik-leytenant, bir gün heç gözlənilmədən komadan ayılır. Bundan sonrakı 3 ay müddətində isə, 3 dəfə beyin əməliyyatı keçirilməsinə baxmayaraq, sonucda 1-ci qrup əlil olaraq, Ordu sıralarından təxris olunur. Hazırda 1 gözü, 1 qolu və 1 ayağı demək olar ki, işləmir. Aktiv hərəkət etmə qabiliyyəti yoxdur. Aldığı travmanın təsirindən isə, yaddaşı da tam şəkildə pozulmuş vəziyyətdədir. Bu da o deməkdir ki, anası, həyat yoldaşı və uşaqlarının hər anı, bir ömür göz yaşlarıyla keçəcəkdir…
Qeyd olunan bir zabit ailəsinin başına gətirilən dəhşətli faciənin tək səbəbi bilirsiz nə idi?
1. 80 min AZN dəyərində olan xidmət mənzil;
2. Fermer general Xəqani Cəbrayılovun tamahı və oliqarx həyat sürməsi;
3. Fermer polkovnik İlqar Məmmədovun isə Nəcməddinə ata deyərək yaşaması;
Bunlar kimi ziyanverici generalların artıq tamahlarına görə, yenə uduzan dövlətimiz olmuşdur, çünki dövlətimiz:
1. Polkovnik-leytenat rütbəli və yüksək hazırlıqlı kadr zabitini itirdi;
2. Polkovnik-leytenant rütbəli zabitinin heç olmasa ölməməsi və sadəcə nəfəs alması üçün 300 min manatdan çox xərc çəkdi;
3. Polkovnik-leytenant rütbəli zabit ailəsinin həmin xidməti mənzildə yaşamasını təmin etdi;
4. Polkovnik-leytenant rütbəli zabitin əmək haqqısınıda 100 faiz olmaqla, bir ömürlük ödənilməsinə təminat verdi.
PS. Qərar Sizlərin…
Redaksiyadan: Məqalədə adları hallanan hər iki yüksək rütbəli zabitlərin cavab haqqı tanınır.