Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “WhatsApp”dan imtina etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “WhatsApp”dan imtina etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “WhatsApp”dan imtina edib.

Müstəqil.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, buna səbəb “WhatsApp”ın məxfilik siyasətini yeniləməsi olub.

Qeyd edilir ki, ölkə başçısı bundan sonra yerli “BİP” tətbiqindən istifadə edəcək.

Qeyd edək ki, “WhatsApp” yanvarın 4-də “Məxfilik siyasəti”ni yeniləmiş və istifadəçilərinə yenilənmiş qaydaları qəbul etmələri üçün bildiriş göndərmişdi. Yeni şərtlərdə istifadəçilərin hesab məlumatlarının, mesajların əsas məzmununun, olduqları yer barədə məlumatların “Facebook”a aid şirkətlərlə paylaşılması irəli sürülüb. Bu yenilik yalnız Avropa Birliyi ölkələrinə şamil olunmayacaq.

Share: