Braziliyanın Tokantis ştatında təyyarə qəzaya uğrayıb.
Müstəqil.Az “Globo” nəşrinə istinadən verdiyi məlumata görə, Portu-Nasiunal şəhərində baş verən qəza nəticəsində 6 nəfər həyatını itirib.
Təyyarə uçuş xəttindən havaya qalxdıqdan az sonra yerə çırpılıb.
Təyyarənin göyərtəsində pilotla bərabər Braziliyada 4-cü diviziyada mübarizə aparan “Palmas” klubunun 4 futbolçusu və klub prezidenti olub.
Müstəqil.Az