Zaurla Günay 4 ildən sonra ilk dəfə qızlarının üzünü göstərdi – VİDEO

“ATV” ​kanalının məşhur aparıcıları – Zaur Baxşəliyevlə Günay Baxşəliyeva illərdir hamıdan gizlətdikləri qızları Dilavərin üzünü göstəriblər.

Müstəqil.Az Publika.az -a istinadən xəbər verir ki, Yeni illə bağlı tanıtım çarxında Azərbaycanın məşhur cütlüyünün 4 yaşlı qızları da rol alıb.

Xatırladaq ki, Zaurla Günay İnstaqram hesablarında qızları ilə bağlı şəkil və video paylaşsalar da, 4 ildir onun üzünü hamıdan gizlədirlər. Onların bu hərəkəti izləyicilər tərəfindən birmənalı qarşılanmırdı.

Tanıtım çarxını cütlük İnstaqramda da paylaşıb və bununla bağlı fikirlərini belə ifadə edib:

“Bizi öldürdü ki, məni də göstərin. Göstərdik! Bayaq efirdə təqdim edəndən sonra məndən onun haqqında nə deyildiyini soruşur. Əgər 4 yaşlı uşaq haqqında nə deyildiyini düşünürsə, mən artıq susuram. Sadəcə Allah bütün balaları qorusun! Hər kəsin balalarını, bizi sevənlərin də, sevməyənlərin də! Amin!”

Share: