Azərbaycan-Ermənistan sərhədində, Gorus-Qafan avtomobil yolunda yerləşdirilən “Azərbaycana xoş gəlmisiniz – Welcome to Azerbaijan” yazılan lövhə ermənilərin narahatçılığına səbəb olub.
Müstəqil.az xəbər verir ki, bu barədə Ermənistan ombudsmanı Arman Totoyan Feysbuk hesabında paylaşım edib.
O qeyd edib ki, sözügedən plakatı hər gün görən ermənilər bundan təşvişə düşürlər.