Nə gündəsən, Niyəməddin…

Millət, münbüt şərait yaranan kimi içində nə var  boşaldır, ifraz edir bütün xoşagəlməzliklərini…

Axı, niyə?

Bu suala cavab axtarmamış gərək özüm özümə iradımı da bildirəm; millətin adından danışmayım, millətə şər şəbədə yağdırıb, hissiyatını  yağmalamayım gərəl… Millət böyükdür.
Amma yox, çox vaxt nəyəsə irad bildirəndə, elə belə də deyirik: Bu millətdən daha nə gözləmək olar ki?…

Nə gündəsən Niyəməddin? Bir nəfərin sərxoş halda xalq artistimizə nə vaxtsa dediyi bu sözlər də artıq zər-məsələ çevrilib. Yerində olmayan hərəkətinə, uyğun olmayan imicinə baxıb azmı adama bu sözlər ünvanlanıb…
İnsanlarımızın bir çoxu nəyi də bacarmasa  şantaj etməyi yaxşı bacarır. Özü də Allah təala bu istiqamətdə o insanlara elə yaradıcı təxəyyül verib ki, nəfəs dərmədən, göz qırpmadan fantaziyasını işə salıb, istedadının bəhrəsini sərgiləyə bilər…

Bu yaxınlarda qarşılaşdığı bir dolandırıcıdan haqqını tələb edib, lakin əli havada qalan, naəllaclıqdan, yəni əlacsızlıqdan, çıxış yolunu saytımıza müraciət etməkdə görən bir xanımın şikayətinin ardınca düşdüm, telefon edib, sizdən giley var dedim, bir qədər yumşaq davrandım, “şikayət” var söyləmədim. Telefon xəttinin o tərəfindən zərif bir xanımın səsi əfi ilan oldu, qulaqlarıma doldu, axdı içimə ürəyimi ağrıtdı, sən bizi şantaj edirsən, – dedi. Şantaj edirsən deyənin özünün şantajçı olması aydın idi… Dözmək və səbrlə şikayətin ardınca düşmək gərəkirdi… Son da şikayətçinin problemi həllini tapdı…

Nə gündəsən, Niyəməddin…

Məşhur bir lətifə var, Sovetlər dönəmindən bu günə qədər gəlib çatıb; Yop polisi işarə edib yük maşınını saxlayır. Sürücü maşından düşüb polisə yaxınlaşdıqda, kabinada oturan şəriki  arxadan məsləhət verir:

– Gördün yola gəlmir, şərlə…
Gözünə döndüyüm sürücü arxaya baxmadan yüksək səslə ürəyiyanımlı yoldaşına tərəf səs göndərir:

– Nəyini şərləyim e, bir dənə 50 manatlıq vermişəm, deyir azdı…

Şərlənmək, şantaj olunmaq və sair… nə qədər belə hallarla qarşılaşmaq olar.

Fazil Məmmədov nazir idi. O, bu kürsünü zəbt etdiyi müddətdə əhalimdən ona qarşı hər hansı bur simpatiya hiss etməmişdim. Bu antipayinaın səbəbini axtarmaq üçün uzağa getmək gərəkməz; Vergi müfəttişlərinin sahibkarların başına gətirdiyi oyunları hər kəs yadına salsa bütün qaranlıqların üstünə işıq çilənər.

Bəli, bir mənalı olaraq demək olar, digər nazir həmkərları ilə müqayisədə ona qarşı heç vaxt xalq sevgisi hiss olunmayıb; nə vəzifəsindən uzaqlaşdırılıb, həbs olunan Fərhad Əlityevə, nə də hal – hazırda vəzifəsini icra edib, arada könül oxşayan mahnılara imza atan Fövqəlnazir Kəmaləddin Heydərova olan xalq sevgisiniin yüzdə birinin  ona qarşı yönəldiyini heç kəs dilinə gətirə bilməz, məncə.

Nə gündəsən, Niyəməddin deyimi bu arada bir daha dilə gətirilə bilər…

Adam vəzifəsindən götürüldükdən sonra respublikamıza xas olan ənənəvi halın təkrarlandığının şahidi oluruq; Bir daha əmin oluruq ki, 18 il nazir kürsüsündə oturduğu müddətdə sahib olduğu varidata 18 dəfə ard-arda  180 il yaşasada heç bir nazirimiz halal maaşı sahib ola bilməzdi.

Burda təəccüblü nə var ki…Bal tutan barmaq yalayar, deyib atalarımız.

Atalar sözü demişkən, eləmədim tənbəllik, axtardım və bir daha əmin-arxayın oldun ki, heç bir millətin belə, yaxud buna oxşar atalar sözünə təsadüf edə bilmərik. Bir haldaki bizim belə atalar sözümüz var, demək Fazil kimilərimiz qandan analiz götürülərkın şpiritslə damardan qanı necə çəkilirsə, elə bunlar da o cür də dövlətdən bacardıqca somurmalı idilər… Təkdir ki, vəzifələrindən alındıqca varlıqları boy göstərəcək, bu esləşəm  nazirlərimizin.

Bu adamla eks nazirləbu yaxınlarda bir vaxtlar əlindən çörək alanlardan biri  məzələnib,  telefon danışıqlarını yazıb… Bu bir əxlaq məsələsidir. Beləsi  millətin adına ləkədir axı. Neçə ki bir tırıqlı dana bir naxırın adını batırır, bax bu cür yaltaq ünsür, şantajçı adam cilidində olan millətin adını batırır.

Beləsinə demək lazımdır ki, “duxlu” oğlansan Eldar Mahmudovun səsini yaz, O da eksdir, bu da….

Damara baxıb qan alarlar, bu da baxıb ki Faziı Məmmdovun çevikliyi əlindən alınıb, şpirsini – diuktafonunu işə salıb.
Düz etməyib. Adamın Fazil Məmmədova yazıqlığı gəlir… Amma atalarımızın belə bir deyimi də var, Səni yazıq ilan vursun. Niyə yazıq ilan? Ona görə ki yatağan, yazıq görkəm alan ilan vuranda onun yarası sağaımaz.
Bu şantaj, aşağılama  Fazil Məmmədovun əməllərinin arxasında qaratikan kolluğunda ilişib qalan, ürək bulandıran, qəlb incidən keçmişi ilə tən gəlir, həmahəngdir, əslində.

Nə tökərsən aşına… Bu da atalar sözündəndir. Fazilin qarşısın çıxanlar onun əməllərindən irəli gəlir. Müşavirini məcbur edib, kitabına sponsorluq etdiyi 60 yaşlı xəsət şair Saday Şəkərlinin 10 il həbsi olunmasına rəvac verəndə ağlına heç gəlməyib ki, kimsə, elə onun öz çörəyini yediyini etiraf edən, çörəyi dizi üstə olanın birisi ilə qarşılaşa bilər…

Nə gündəsən, Niyəməddin…

Faiq Balabəyli

 

 

 

 

Share: