Rusiyanın Gürcüstanla sərhədində 400-ə yaxın yük avtomobilindən ibarət uzun növbə əmələ gəlib.
“İnterfaks”ın məlumatına görə, növbənin yaranmasına səbəb yolun çərşənbə axşamından etibarən bağlı olmasıdır.
“Hazırda nəzarət buraxılış məntəqəsinə aparan yolda 370 yük avtomobili növbə gözləyir”, – deyə Rusiya FHN-in Şimali Osetiya Baş İdarəsindən bildirilib.
Qeyd edək ki, adıçəkilən yolda nəqliyyatın hərəkətinin dayandırılması Gürcüstan ərazisində hava şəraitinin pisləşməsi ilə əlaqədardır.
Müstəqil.Az