“Barselona”nın kapitanı Lionel Messi üçün “Sevilya” ilə İspaniyanın Kubokunun yarımfinal mərhələsinin ilk oyunu əlamətdar olub.
Müstəqil.Az xəbər verir ki, argentinalı hücumçu peşəkar karyerasında 900-cü matçına çıxıb.
34 yaşlı forvard bu görüşlərin 758-ni Kataloniya klubunun, 142-ni isə Argentina millisinin heyətində keçirib.
Qeyd edək ki, “Sevilya”-“Barselona” matçında meydan sahibləri 2-0 qalib gəlib.
Müstəqil.Az