Deputatlar istəklərinə çatdılar: Maaşları 800 manat artırıldı

2018-ci ildə Milli Məclisin saxlanılması xərcləri 25 milyon 432 min manat təşkil edəcək.

Müstəqil.Az-in Turan agentliyinə istinadən verdiyi məlumata görə, bu, dövlət büdcəsi layihəsində nəzərdə tutulandan 1,2 milyon manat çoxdur. Belə görünür, deputatlar maaşlarının artmasına nail olurlar.

Prezident İlham Əliyevin dekabrın 26-da dərc edilən “2018-ci ilin dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərmanına əsasən, hər deputatın əmək haqqına ayda 800 manat əlavə olunur.

 

Müstəqil.Az

Share: