Balzakın “Qorio ata” əsərində Qorionun faciəsi- bədii təhlil

Balzakın “Qorio ata” əsərində Qorionun faciəsi- bədii təhlil

Nəzakət Bağırova

Bakı Slavyan Universiteti;

Beynəlxalq Münasibətlər Regionşünaslıq və Jurnalistika fakültə,

I kurs tələbəsi

XIX əsrdə yazıb-yaratmış Fransız yazar Onore de Balzakın ( Honore de Balzac) “Qorio ata” əsərində bir çox  konfliktli mətləblər, faciəli məqamlar vardır.

Hansı ki bunlar: Parisin keşməkeşli həyatına hələ yenicə atılan Rastinyakın, özünü kübar cəmiyyətin üzvü adlanırıb, qaçaq məhəbbətinə sahib çıxarkən  “süquta uğrayan”  Anastazinin, iztirablarına baxmayaraq, onları qəlbində gizlədən , kübar cəmiyyət qarşısında məğrur durmağa çalışan Madam de Boseanın,  pansionunda olan cəmi on səkkiz nəfərin əlaltısına çevrilmiş ev sahibəsi Vokenin, atasının var olmasına baxmayaraq, onun həyatında yox oluşuna insanların mənfi rəylərini susduran qızcığaz madmazel Viktorinanın, kübar cəmiyyətdə hər şeyi varmış kimi görünsə də, əslində heç bir şeyi olmayan  Delfinanın, Mişenonun məhəbbəti ilə hər şeyi etməyə hazır olan, Balzakın “axı məhəbbət qoyunlara da cəsarət verir” situasiyası ilə yanaşdığı Puarenin, özünü  Votren adı ilə tanıdan, əslində ingilis poladı kimi möhkəm olan cinayətkar katorqalı Kolenin ziddiyyət və konfliktli həyatı olsa da, qızlarını dərin məhəbbətlə sevən, onlara bütün  sərvətinin və sevgisinin  son damlasına qədər verən Qorio atanın sözün əsl mənasında faciəsi olmuşdur.

Əsərdə ziddiyyətli obrazlar çoxdur. Bunlardan birincisi elə, kübar cəmiyyətə atılmaq ehtirası ilə təmiz vicdan arasında qalan Ejen Rastinyakdır. O, bəzən səhv qərarlar versə də, sonra doğru yolu getməsi lazım olduğunu xatırlayır. Rastinyak hələ gəncdir. Buna görədə bəzən Nusingenin, bəzən Anastazinin, bəzən Boseanın, əsasəndə Votrenin təsiri altına düşür. Onu dərin məhəbbətlə sevən Viktorinanın  qardaşının ölümünə hökm verəcək qədər gözü dönsə də, son anda bu namərd qərarından əl çəkir. Axı, bu şərəfsiz yolla varlanmaq üsulu onun pak vicdan prinsipləri ilə təzadlı idi. Son anda bu planından dönüb, Viktorinanın qardaşı və atası ilə danışmaq fikrinə düşsə də, insan ölümü onun üçün çox adi bir şey olan Votrenin, onun içkisinə atdığı dərmanla yuxuya gedir. Başqa sözlə desək, Votrenin tələsinə düşür və əvvəl ölməsini istədiyi Viktorinanın qardaşına xəbər verə bilmir. Beləliklə, Viktorinanın qardaşı dueldə həlak olur. Artıq vicdanı kirlənən bu gəncin əsərin sonunda ata dediyi Qorionun cansız bədəninə belə sahib çıxması, hələ sağlığında da onun üçün etdikləri yaxşılıqlar onu ziddiyətli bir obraz edir.

Qorio atanın faciəsinə gəldikdə isə, qızlarının sadəcə balda gözəl geyinmək, dərdlərini aradan qaldırmaq üçün yaşlı və xəstə halı ilə gümüş qablarını əzib, səhər onları satmaq üçün gedən, nəticəsində ölüm döşəyinə düşən bu qocanın sonu belə olmamalı idi.

Qocanın hekayəsi olduqca təsirlidir. O, qızlarını dərin məhəbbətlə sevir. Bir dediklərini iki etmir. Bu qoca vermişel fabrikantı qızlarına o qədər bağlıymış ki,  hətta onu məsxərəyə qoyurlar. Bir dəfə qocanın bazarda rəqibi olan bir kişi  Qorio bazardan getsin, alver ona qalsın deyə qızlarından  birinin qəzaya düşdüyünü deyir. Təlaşından huşunu itirmək üzrə olan Qorio özünü toparlayıb, qızının dalınca gedir. Onun sağ-salamat olduğunu görən kişi artıq huşunu itirir və bir həftə xəstə yatır. Qeyd etdiyim kimi, Qorio həm də alverçi idi. O, bu işin bütün dərin sirlərini bilir, eyni zamanda öz işini çox sevirdi. Həm fabrikant, həm alverçiliklə məşğul olan Qorio ata qızlarını o qədər çox sevirdi  ki, onlar hələ evlənməmişdən əvvəl hər birinin ayrı-ayrı karetaları belə vardı. Həyat yoldaşını vaxtından öncə itirən Qorio ata, bu bədbəxt hadisədən sonra bütün meylini qızlarına salır. Bütün həyatını onlara qurban verir. Bir çox tacir, fabrikant öz qızını Qorio ataya vermək istəsə də, o razılaşmır və həyatının sonunadək yoldaşına sadiq qalmağı üstün tutur. Qızları ilə olduqca xoşbəxt və mehriban yaşayan Qorio atanın bir gün çarxı dönür. Balaca vaxtlarında ataları ilə xoş davranan bu qızların  artıq atalarına qarşı münasibətləri yavaş-yavaş dəyişir. Evləndikdən sonra isə tamamilə pisləşir. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Qorio övladlarını, onların öz sevdikləri ilə evləndirmişdi və hər birinə ayrılıqda səkkiz yüz min franklıq cehiz bağışlamışdı.  Xüsusi olaraq qeyd etməyimin səbəbi isə, əsərin sonlarına doğru qızlarının Qorioya olan nifrətinin səbəbini, Qorionun onları yanlış insanlara verməsi ilə açıqlayırdı. Qızlarından biri “ gənc qızlar saf olur, gərək sən ata olaraq bizi doğru adamlara verərdin” sözləri ilə oxucununda nifrətini bir daha yeniləyir. Əlbəttə ki, bu ifadə sadəcə arxasına sığınılan bir bəhanə idi. Axı,  Qorio ata öz qızını sevdiyi adama verməsə də qızı ona yenə nifrət edəcəkdi. Oxucu olaraq, qızların nifrətinin səbəbini elə Qorio atada görürəm. Təbii ki, onun bunu pis niyyətlə ediyini demək kimsənin iqtidarında deyildir. Əlbəttə ki, öz qızlarını dərin məhəbbətlə sevməsi normal haldır. Sadəcə o, qızlarının xoşbəxt böyüməsi, analarının yoxluğunu hiss etməməsi üçün qızlarını ərköyün böyütmüşdü. Kasıb vaxtlarında belə, onların hər istəyini yerinə yetirmişdir. Qızlarında “o bizim atamızdır, mütləq, canı bahasına belə olsa etməlidir” fikrini formalaşdırmışdır. Elə həmin əsərdə belə bir ifadə var idi: “Qəlblərimiz xəzinədir, onu birdən-birə xərcləsəniz dilənçi qalarsınız”. Qorio isə xəzinəsini hər gün, hər dəqiqə birdən-birə xərcləyirdi.  Yuxarıda qeyd etdiyim ifadə, əslində, Madam Bosean və D`axuda üçün işlədilsə də, bu məqamda da olduqca yerinə düşür. Məsələn düşünsək ki, Viktorinanın atası qızını sevmir, hətta, onu övladlıqdan rədd edir ki, bütün sərvəti oğluna qalsın, buna baxmayaraq o, öz atasını sevir, hər dəfə atasına yalvarır ki, onu da yanına götürsün. Hətta , atası haqqında mənfi rəy yürüdüləndə bununla razılaşmır və ağlamağa başlayır. Bəlkə də problemlər elə buradan başlanır. İnsan sevgi görmədiyi yerdən sevgi mədəti umur, artıq sevgi görəndə isə bunun qədrini bilmir. Bu insan psixologiyası ilə bağlıdır. Heç düşünürükmü, bəlkə də insan sevilməyi bilməyən bir xislətə malikdir?! Hər kəs sevgi umur, amma heç kim sevgi vermir. Sevgisini göstərən insanlar isə, heç vaxt qarşılığını ya  ala bilmir, ya da ki lazımınca ala bilmir.

Qorio ataya əvvəl kürəkənlərinin də münasibəti qızlarınki kimi xoş olsa da, sonralar onlar da bu qocadan üz döndərmişlər. Çünkü artıq o yaşlanmışdı və əvvəlki qədər varlı deyildi. Əvəllər qoca fabrikantı masalarının başında əyləşdirər, qocaya xor baxan olduqda isə qulaqlarına onun varlı olduğunu deyərdilər. Bununla da qoca saxta məhəbbətlərə məruz qalardı. O ki oldu qoca artıq varını yavaş-yavaş itirdi, ətrafındakı saxta məhəbbətlər də bir-bir azaldı və tamamilə yox oldu. Hətta, kürəkənləri Qorionun qızları ilə görüşməsinə narazılıq edir, qoca evinə gəldiyi zaman xidmətçilərinə “qızın və kürəkənin evdə yoxdur” təlimatı verilirdi. Nəinki görüşmək, qocanın adının evdə çəkilməsi belə qan qaraldırdı. Rastinyakın bilmədən Anastazinin evində Qorio atanın adını çəkməsi nəticəsində, Nazinin qorxuya düşməsi , onun yoldaşının Rastinyakın bir daha o evə gəlməməsi ilə bağlı verdiyi təlimat hər şeyi aydın şəkildə izah edir. Qorionun qızlarıda bir-birinə düşmən idi və  rəqabət aparırdılar. Anastazinin qaçaq məhəbbəti uğruna  öz brilyantlarını satmasından xəbər tutan əri, Anastazini rüsvay etməməsi qarşılığında Anastazinin bütün sərvətini istəyir. Lakin , Paris belə olsa xəbərlər tez yayılır. Kübar Paris cəmiyyəti bu xəbərdən duyuq düşür. Anastazinin balda brilyantlarını taxıb-taxmayacağına baxmaq üçün, daha dəqiq desək, duyduqları bu xəbərin doğruluğundan əmin olmaq üçün onlar bu balı səbirsizliklə gözləyir. Nə edəcəyini bilməyən Anastazi ağlayaraq atası Qorionun yanına gedir. Qızını bu halda görən Qorio pərişanlıqdan xəstə olur. Buna baxmayaraq, o, səhər tezdən olan kimi, gecədən əzdiyi son  gümüş qablarını satmağa gedir və bu , qocanın sonu olur. Geri qayıtdığında tamam halsız vəziyyətə düşür. Lakin, qızının balda geyinmək istədiyi paltarın pulunu düzəldə bilir. Qızı paltarı götürür və sevincək gedir. Rastinyak ona, atasının yaxşı olmadığını desə də, o “atam güclü adamdır, ona birşey olmaz” deyə düşünür. Nusingendə atasının son sərvəti ilə özünə  əşyalı ev aldıqdan sonra, yenidən qocanı unudur. Sevgilisi Rastinyakın yanında atasına yaxşı davransa da, təklikdə Rastinyaka “bu qoca bizə dərd olacaq” deyir. Rastinyak isə Nusingenin öz atası haqqında dediklərinə olduqca təəccüblənir. Axı Qorio öz qızını çox sevirdi.

Pansionda qocaya münasibətlər fərqli olmuşdur. Bunun isə müxtəlif səbəbləri var. Məsələn, pansion sahibəsi Vokenin əvəllər bu qocadan xoşu gəlirdi. Qoca üz vermədikdə isə ona qənim kəsilmişdi. El arasında belə bir deyim var: Pişik əli çatmayan ətə həmişə mundar deyər. Axı, onun Qorioya əli çatmırdı.

Viktorina isə Qorio atanı sevirdi, çünkü atasının vermədiyi sevgini bəzən Qorio ona göstərirdi.

Votren Qorionu sevmirdi, çünkü, yoldan  çıxartmağa çalışdığı Rastinyaka Qorio vicdanını xatırladırdı.

Qızları Qorionu o qədər unutmuşdular ki, onlar Qorionu təsadüfən ziyarətə gələndə, bütün pansion yanlış anlayırdı. Qorio onların öz qızları olduğunu desə də, kimsə ona inanmır, Qorionun öz sərvətini gənc məşuqələrinə xərclədiyini düşünüb, arxasınca hər cür iyrənc dedi-qodu edirdilər.

Qorio ata da əslində bir qədər ziddiyətli obrazdır. Çünkü,  günahsız insan ölümü onada təsir etmirdi. Rastinyak ondan, Viktorinanın atası və qardaşı ilə danışıb, sabah çölə çıxmamasını söyləməsini xaiş etsə də, qızının dərdinə düşən Qorio “ axı bundan bizə nə?!” deyir. Lakin, bu sözünə baxmayaraq,  o danışmağa gedəcəkdi. Ancaq, Votren, Rastinyak kimi onu da tələsinə salır və içkisinə yuxu dərmanı atır.

Votren etdiyi hər şeyin cəzasını çəkir. Polislər, ajanlar (Mişono və Puare) vasitəsi ilə onun gerçək kimliyini ortaya çıxarır və yaxalayırlar.

Qorio ölüm döşəyində hələ sağ idi. Amma, ölməsi daha yaxşı olardı. O,  ağlını itirmiş və qızlarını sayıqlayırdı. Əvvəlcə Rastinyak  Qorionun qızlarına xəbər verməsi üçün Kristofu göndərir. Lakin qapıçılar Kristofu içəri buraxmırlar.  Bunu bilən Rastinyak özü, Qorionun bu halını qızlarına demək üçün əvvəlcə Restonun evinə qaçır. Lakin, qapıçılar onu içəriyə buraxmır. Axı, onlar təlimat almışdılar. Rastinyak məktub yazır və qapıçıdan bu kağızı cənab və madam Restoya verməsini tələb edir. Cenab de Resto çıxır və məşğul olduğunu, qızının da onu görmək istəmədiyini deyir. Rastinyak içəri girir, Nazinin pərişan halını görür və onların yenicə münaqişə etdiklərini anlayır.Hər şeyi eşidən  Nazi sanki, danışmaq üçün ərindən icazə istəyirmiş  kimi ona baxır və o, razılıq verdikdən sonra Rastinyaka “mən indi gələ bilməyəcəm,atama desəniz ki, qızının halı pərişandı , o məni anlayar” dedi. Rastinyak sağollaşıb, Nusingenin evinə qaçır. Qapıçılar onun dünən baldan çox gec gəldiyini və hələdə yatdığını söyləyir. O, sevgilisi Nusingenin otağına qaçır və atasının son nəfəsini verdiyini və onların adını sayıqladığını söyləyir. Bunu eşidən Nusingen tez qalxır,ərindən pul istəsədə o vermir və aralarında münaqişə baş  verir. Rastinyak bunu anlayır. Nusingen Rastinyaka “sən get , mən gələcəyəm deyir” Rastinyak geri dönür. Qoca qızlarını sayıqlayarkən birdən ayaq səsləri gəlir.Rastinyak sevinclə qocaya qızının gələcəyini söyləyir.Lakin bu gələn, Nusingen deyil,  onun xidmətçisi Tereza idi. Tereza ,Delfina Nusingenin dünən baldan qayıdarkən soyuqladığını və həkim çağırdıqlarını xəbər verib gedir. Artıq ağlını tamamilə itirmiş Qorio, yatağının kənarında duran Rastinyakın və tibb tələbəsi Byanşonun saçlarını sığallayaraq “mənim gözəl qızlarım” deyərək can verir. Qoca ölməzdən əvvəl, hələ ağlı biraz başındaykən , qızlarımı polislə olsada buraya gətirin deyə sayıqlayırdı. Hansı  Qorio kimi ata belə ölümə laiq olar ki?! O son nəfəsində etiraf edirki, əslində qızlarının onu sevmədiyini bilir amma yenə də haqqını onlara halal edir.Qorio öldükdən sonra pansionda yaşayan kirayəşinlərdən biri çörəyi əlinə alır və Qorionu yamsılayaraq çörəyi imsiləyib (bu Qorionun , çörəyin hansı undan bişirildiyini yoxlamaq üçün etdiyi bir hərəkət idi) deyir: – O, bir daha çörəyi belə imsiləməyəcək.

Qorionun cənazə xərclərini belə nə qızları, nə kürəkənləri, nə pansiondakılar qarşılamır. Sadəcə  hüquq tələbəsi Rastinyak və tibb tələbəsi Byanşon bütün pullarını birləşdirib, onun mələfə, kəfən, dua oxuyan və.s xərclərini güclə də olsa tamamlaya bilirlər. Cənazədə qızları qısa bir müddət gözə dəyir və sonra onlarda yox olur. Rastinyak isə Qorionun məzarlığında yüksək bir təpəyə çıxıb oturur və Parisi seyr edir.

 

Share: