Dünyaya yeni gələn körpə apendisit diaqnozu ilə əməliyyat etdirilib.
Müstəqil.az Medicina.az -a istinadən xəbər verir ki, bu barədə tanınmış həkim Fuad Hüseynov məlumat verib. Onun sözlərinə görə, çox nadir rast gəlinən haldır:
“Çox nadir olsa da, yenidoğulmuş körpədə də apendisit görülə bilir ki, bu hadisə də bizim balaca qəhrəmanın başına gəldi. Uşaqda ümumi narahatlıq, infeksiya göstəriciləri artdığı üçün aparılan müayinələr nəticəsində appendisit diaqnozu təsdiqləndi və körpə cərrahi əməliyyata alındı”.
F.Hüseynov bildirib ki, körpə əməliyyatdan 2 gün sonra tam sağlam şəkildə evə yola salınıb:
“Ümumiyyətlə, yenidoğulmuşlarda appendisit diaqnozunu təsdiqləmək çətindir. Əksərən körpələr başqa diaqnozla əməliyyata alınır, ya da ki, 95 faiz hallarda gecikdirilir, appendiks partlamış olur . 50 faiz hallarda da appendisit kimi bəsit sayılan problem körpələrin ölümünə səbəb olur.