Makedoniya Fətullah Gülənin rəhbərlik etdiyi qruplaşmanı “terror təşkilatı” kimi tanıyıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu səbəbdən Türkiyədən Avropaya qaçmaq üçün FETÖ-çülərin tranzit kimi istifadə etdiyi Makedoniya öz sərhədində təhlükəsizliyi gücləndirib.
Məlumatlara görə, bundan sonra Türkiyədə axtarışda olan şəxslər Makedoniya sərhədində tutularsa, ölkəsinə ekstradisiya ediləcək.
Qərar FETÖ-çülər tərəfindən narahatlıqla qarşılanıb.
Müstəqil.Az