Ermənistanın baş naziri Nikol Paşinyanın aprel ayında istefa verəcəyi barədə qərarı Rusiya Prezidenti Vladimir Putinlə görüşün dərhal keçirilməsini tələb etmir.
Müstəqil.Az bildirir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov iki ölkə liderləri arasında təmasların davam etdiyini vurğulayıb: “O, (Nikol Paşinyan – red.) vəzifəsini icra edəcək, buna görə də qeyd edilən qərarın müzakirəsi dərhal danışıqlar tələb etmir”.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan aprel ayında vəzifəsindən istefa verəcəyini açıqlayıb.
Müstəqil.Az