Qazaxıstan bu gündən etibarən BMT Təhlükəsizlik Şurasına rəhbərlik etməyə başlayıb.
Müstəqil.Az xəbər verir ki, bu barədə məlumatı Qazaxıstan Xarici İşlər Nazirliyi yayıb. Astananın BMT TŞ-nin rəhbəri olduğu dövrdə əsas prioritetlərinin nüvə silahız dünyanın yaradılması, qlobal müharibə təhdidlərinin yox edilməsi, lokal konfliktlərinin həlli və terrorizmlə mübarizə olacağı bildirilib. XİN Qazaxıstanın həmçinin BMT-nin XXI əsrin tələblərinə cavab verməsi üçün də çalışacağını açıqlayıb.
Qeyd edək ki, Qazaxıstan tarixində ilk dəfə BMT TŞ-yə rəhbərlik edir. BMT TŞ-nin müvəqqəti üzvü olan Astananın sədrliyi yanvarın 31-nə qədər davam edəcək.
Müstəqil.Az