Tanınmış aktrisa, Əməkdar artist Sənubər İsgəndərli Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçiriləcək brifinqdə teatrlarla bağlı da qərar verilməsinə çağırış edib.
Modern.az-ın məlumatına görə, aktrisa bununla bağlı bildirib:
“Bizdə onsuz da mədəniyyətə çoxunun vaxtı, marağı yoxdur. Amma bu sənətə ömrünü verən, onu yaşadan sənətkarlar və onun yolunu gözləyən, sevən tamaşaçılar var. Bir ildir teatrlar bağlıdır. Belə davam edərsə, bu, teatr sənətinin məhvi olacag. Demirəm teatrlar açılan kimi tamaşa oynanılsın, tamaşaçı gəlsin, zatən bu mümkün də deyil. Amma yeni tamaşalarşn məşqinə başlaya bilərdik ki, sabah teatrın pərdələri açılanda tamaşaçılarımızın qarşısına çıxa bilək. Ümid edirəm bunlar nəzərə alınacaq”.
Müstəqil.Az