Təmkin Xəlilzadədən “Neftçi” açıqlaması

Təmkin Xəlilzadədən “Neftçi” açıqlaması

Mövsümün sonunda “Sabah”la müqaviləsi başa çatacaq Təmkin Xəlilzadənin adı “Neftçi”yə keçiddə hallanır. Lakin 27 yaşlı müdafiəçi bu məlumatı təkzib edib.

Müstəqil.Az  xəbər verir ki, Xəlilzadə “instagram” hesabı üzərindən “Neftçi”yə keçəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib.
“Dostlar, hər birinizi salamlayıram. Bir neçə gündür mətbuatda haqqımda yazılan xəbərləri təəccüblə oxuyuram. Nəzərinizə çatdırmaq istəyirəm ki, hazırda “Sabah” klubu ilə davam edən müqaviləm var. Bu səbəbdən, hər hansı bir klub ilə danışmağım, müqavilə imzalamağım və anlaşmağım reallıqdan kənardır. İndiki halda, sadəcə üzvü olduğum klubun oyunlarına köklənmişəm. Təkliflərə gəlincə, mövsüm bitdikdən sonra, götür-qoy edib, qərar verəcəyəm və qərarımı sizə ilk olaraq mən xəbər edəcəm”.
Müstəqil.Az 
Share: