Anar Rzalı
“Torpaq uğrunda ölən varsa vətənmiş”.
Belə gic-gic, içində müharibə, aqressiya olan ifadələr də ancaq türk xalqlarından çıxar. Torpaq kimdi, nədi? Hardadı onun müqəddəsliyi? Sizə bir söz deyim? Torpaq elə üzərində insan yaşayır deyə dəyərlidir. İnsan övladı orada məskən salmasaydı kimə lazımdı o mənasız ərazilər? Dünya yaranandan ta indiyə kimi kainatın ən dəyərli varlığı insan olub və olacaq da. Pafoslu nitqlərə aldanıb qaza gəlməyin gənclər. Şəhid olmaq belə gözəl şey olsaydı, onu sizə buraxardılar? İndi o da monapoliyada olardı. Məsələn, “Şəhidlik məsələsinə Kəmaləddin ya Allahşükür baxır” deyərdilər. Ən hörmətli şəhid də cənab prezidentimizin, cənab oğlu olardı. 2008-2009-cu illərdə cəbhə bölgəsində hərbi xitmətdə olmuşam.
Həm psixoloji, həm də fizioloji immun sistemimi məhv edib bu hərbi sistem. Hələ də onun xoş olmayan təsirləri var üzərimdə. Baxmayaraq ki, az qala 10 il keçib xidmətdən, hələ də yuxuma girir. Kabus görüb oyanıram. Bir dəfəsində ölürəm, digərində əsir düşürəm. Mənə lazım idi bu? Hər dəfəsində dostlarla söhbət düşəndə əsgərliyə getməyənləri özümdən ağıllı hesab eləmişəm. İndiki ağlım olsa əlbəttəki getməzdim. Azərbaycanda nadir adam taparsınız ki, əsgərlik travması hələ də onda qalmasın. Hələ sizə şəhidlərə və Qarabağ əlillərinə dövlətimizin “qayğı”sından danışmıram. Hamınız əzbər bilirsiniz. 2 əmim Qarabağ veteranı olub. Biri müharibədən yadigar qalan xəstəlikdən dünyasını dəyişdi. Digəri isə hələ də veteranlıq vəsiqəsini ala bilmir. Rüşvət istəyirlər. Qısası, sabah müharibə başlasın, mən sizə açıq deyirəm. Heç vaxt döyüşə getmərəm. Mənim həyatım nəinki Qarabağ, dünyadakı bütün torpaqlardan dəyərlidir.