“MilliÖN” terminalı Şuşada

“MilliÖN” terminalı Şuşada

 

Ölkənin ən tanınmış ödəniş sistemləri şəbəkəsi olan “MilliÖN” tərəfindən mədəniyyət paytaxtımız Şuşada ödəniş terminalları quraşdırılıb.

Prezidentin “Şuşa – səni dirçəldəcəyik” çağırışına qoşulan “MilliÖN” ödəniş sisteminin operatoru “Komtec” şirkəti Şuşa şəhərində əhalinin ödəniş xidmətlərinə əlçatanlığını təmin etmək məqsədilə qısa zamanda terminal quraşdırılmasını həyata keçirib

Məlumat üçün bildiririk ki, digər terminallar kimi Şuşa şəhərindəki yeni “MilliÖN” ödəniş terminalı ilə də istifadəçilər rahat və etibarlı yolla kommunal, bank, sığorta xidmətləri, dövlət ödənişləri, internet, kabel televiziyası və digər 300-ə yaxın ödənişi həyata keçirə biləcəklər.

Hal-hazırda 4000-nə yaxın ödəniş terminalı, veb sayt və mobil tətbiqi ilə xidmətinizdə olan “MilliÖN” maliyyə ödəniş sisteminin daim yenilənən xidmətləri barədə ətraflı məlumatı www.Million.az saytından, şirkətin eyni adlı sosial şəbəkələrindən və ya *0010 zəng mərkəzindən əldə edə bilərsiniz.

Share: