Gəncə şəhər təhsil şöbəsinin Həmkarlar birliyinin müraciəti…

Gəncə şəhər təhsil şöbəsinin Həmkarlar birliyinin müraciəti…

Müstəqil.Az xəbər verir ki, redaksiyaya Gəncə şəhər təhsil şöbəsinin Həmkarlar birliyi tərəfindən  məktub daxil olunub.Məktub Azərbaycan respublikasının Təhsil Nazirliyinə ünvanlanmışdır. Məktubu olduğu kimi yayımlayırıq:

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
________ 8 SAYLI ƏRAZİ MALİYYƏ HESABLAŞMA MƏRKƏZİ_____
AZ 2010, Azerbaycan Respublikası Tel:+99422 256 09 35
Gence şeheri, Atatürk prospekti-246, E-mail: [email protected]
___________________________________________________________________________
“_____”____________20 21-ci il № _____________

Azərbaycan Respublikası Təhsil Nazirliyinə
Hörmətli Həmkarlar!
Vətəndaş Həsənov İlham Musa oğlunun çalışmanın yaş həddinə çatması ilə
əlaqədar əmək müqaviləsinə xitam verilərkən dövlət təltiflərinin, kollektivdə və cəmiyyətdə
yüksək nüfuza malik olmasının, məktəbin keyfiyyət göstəricilərinin nəzərə alınmaması
barədə Təhsil Nazirliyinə daxil olmuş müraciəti 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi
tərəfindən araşdırılmışdır.
Bildiririk ki, Həsənov Ilham Musa oğlu 1976-cı ildən tarix müəllimi kimi pedaqoji
fəaliyyətə başlamışdır. 1995-ci ildən YAP-nın üzvüdür.
Həsənov Ilham Musa oğlu 1981-ci ilin sentyabr ayından həmin ilin dekabr ayına
kimi məktəbdə direktor müavini, 1981-1992-ci illərdə Gəncə şəhər Nizami rayon Təhsil
Şöbəsində inspektor vəzifəsində işləmişdir.
1992-1997-ci illərdə Gəncə şəhər 31 nömrəli tam orta məktəbdə direktor, 1997-
2011-ci illərdə həmin məktəbdə müəllim işləmişdir.
2011-ci ildən 2020-ci ilin dekabr ayına qədər Gəncə şəhər 30 nömrəli tam orta
məktəbdə direktor vəzifəsində işləmişdir. 2011-ci ildə 30 nömrəli tam orta məktəbdə 19
sinif komplekti üzrə 333 nəfər şagird təhsil almışdır. Hal-hazırda isə həmin məktəbdə
46 sinif komplekti üzrə 1150 nəfər şagird təhsil alır.Son 3 ildə tam orta təhsil səviyyəsi
üzrə ali təhsil müəssisələrinə qəbul səviyyəsi məzunların 50%-ni təşkil
etmişdir.
Həsənov Ilham Musa oğlu 1981-ci ildə SSRİ Ali Sovetinin qərarı ilə “Əmək igidliyinə
görə” medalı ilə təltif olunmuşdur. Həmin medal 1981-ci ilin oktyab ayının 16-də İlham
Həsənova Ulu Öndər Heydər Əliyev tərəfindən təqdim olunmuşdur.
2016-cı ildə Təhsil Nazirliyinin müvafiq əmri ilə Fəxri Fərmanı” ilə təltif
olunmuşdur.
2017-ci ildə şair kimi Prezident mükafatına layiq görülmüşdür.
2018-ci ildə ölkə Prezidentinin müvafiq Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adı
ilə təltif olunmuşdur. Həmin ildə Azərbaycan müəllimlərinin XV qurultayında nümayəndə
kimi iştirak etmişdir.
2019-cu ildə Gəncə şəhərində fəaliyyət göstərən Rus İcması tərəfindən “Fəxri
Fərman”la təltif olunmuşdur.
Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan
Aşıqlar Birliyinin, Şəhər-Veteranlar Şurasının üzvü və “Qızıl Qələm” mükafatı laureatıdır.
2011-ci ildən 39 saylı DSK-nin 8 saylı MnSK-nın sədri vəzifəsində çalışır. Fəaliyyəti
dövründə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün də Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli dövlətçilik ənənələrinin qorunub
saxlanılması xüsusi yer almışdır.

Xahiş edirik nəzərə alasınız.
Hörmətlə,
8 saylı ƏMHM-nin rəisi: Fəraid Qəhrəmanov

Share: