Solovyovdan Lukaşenkoya Krım cavabı: Qəribə şərtdir!

Solovyovdan Lukaşenkoya Krım cavabı: Qəribə şərtdir!

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Krımı tanıması ilə bağlı irəli sürdüyü şərt qəribədir.

Müstəqil.Az xəbər verir ki, bu sözləri rusiyalı jurnalist-aparıcı Vladimir Solovyov deyib.

“Öz siyasi qərarını “oliqarx”larla bağlamaq, hələ özgələrlə… Sadə dillə desək, uzaqgörənlik deyil. Rusiyada 90-cı illərin anlayışı ilə qəbul edilən “oliqarx” yoxdur. Prezidentin açıqlaması çoxvektorluluğun əks-sədasıdır. İndi bu, belə görünür: Qərb Belarusu rədd edir, Rusiya isə əski narazılıqlardan dolayı Lukaşenko ilə məsafə saxlayır. Strateji tənhalığın ideal resepti”, – deyə Solovyov bildirib.

Qeyd edək ki, A.Lukaşenko Rusiyada sonuncu oliqarxın Krıma məhsul gətirdiyi zaman adanı Rusiya ərazisi kimi tanıyacağını açıqlayıb.

Müstəqil.Az 

Share: