Azərbaycanda bu tarixdən yoluxmaların sayı azalacaq – AÇIQLAMA

Azərbaycanda bu tarixdən yoluxmaların sayı azalacaq – AÇIQLAMA

“Hazırda COVID-19 virusunun yeni dalğasının tam ortasındayıq. Koronavirus dalğaları başladığı müddətdən 2-3 həftə ərzində pik həddə çatır. 10 gün pik həddində davam etdikdən sonra yenidən düşüşə keçir”.

Müstəqil.az xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov “Real TV”-yə açıqlamasında deyib.

O əlavə edib ki, sentyabr ayının ortalarından müsbət epidemioloji rəqəmlərlə rastlaşmağa başlanılacaq.

Share: