Tanınmış şair-publisist, Azərbaycan YazıçılR Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Şahnaz Şahinin “O SÖZƏCƏN…”adlı şeir kitabı“Elm və Təhsil” nəşriyyatında nəfis tərtibatla nəşr olunub.
Bu, özünəməxsus poetik dəsti-xətti ilə seçilən şairin sayca beşinci kitabıdır. Şairə xanım bu kitabında da müxtəlif mövzuda, poetik rəngarəngliyi ilə diqqət çəkən orjinal şeirləri və iki poeması oxucularının görüşünə gəlib.
Topludakı şeirlər bədii-fəlsəfi dəyər, ictimai mündəricə baxımından çağdaş poeziyamızı zənginləşdirən əsərlərdir. Orjinal poetik düşüncələri ilə oxucu marağını qazanmış şairin bu kitabını yaradıcılıq uğuru kimi səciyyələndirmək olar.
Kitabın redaktoru şair Balayar Sadiqdir.
Müstəqil.Az