Üzdə gənə problemi.Həkim-kosmetoloq NURLANA AĞAYEVANIN tövsiyyələri…

Gənc xanımlarda adətən üzdəki səpkilərlə bağlı problemlər olur. Bunun da müxtəlif səbəbləri var. Həm hormonal pozğunluq, həm də stress.

Bu barədə Müstəqil.Az-a Medical House klinikasının həkim-kosmetoloqu NURLANA AĞAYEVA ətraflı məlumat vermişdir;

Amma son vaxtlar geniş yayılan demodekoz (gənə) problemidi. Demodekoz (demodex folliculorum) – üz dərisini zədələyən dəri xəstəliyidir. Demodekoz xəstəliyini insanların piy vəzilərində və saç follikullarında yaşayan mikroskopik demodeks gənələri törədir. Demodekoz – şərti patogen mikroorqanizmdir. Xəstəlik yağlı dərilərdə meydana gəlir, amma tam sağlam dəridə də yaranma ehtimalı var: “Demodekoz gənələri tük follikulunun kökündə, üz dərisinin piy vəzlərinin axarlarında yaşayır.

 

Demodeks gənələri bütün dünyada geniş yayılmış parazitlərdir. Hal-hazırda bu gənələrin 65 müxtəlif növü öyrənilib. Bu gənələr insanda heç də xoşagəlməyən demodekoz xəstəliyini törədir. Hər bir növ demodekozun özünəməxsus forma və xarakteristikası var. Rəngi ağ olub, yarımşəffafdır, xaricdən nazik keratin membranla əhatələnib. Uzunsov bədəninin hər iki tərəfində fırçaşəkilli ayaqları var. Demodekoz təmas-kontakt yolu ilə keçir. Gənənin olduğunu ilk baxışdan söyləmək mümkün deyil. Müəyyən mənada hiss etmək olar, amma dəqiq bilmək üçün dəridən və kirpikdən analiz götürülür. Təbii ki, həmin an üzdə kosmetika olmamalıdı. Bəzən elə olur ki, üzdə səpki olmadığı halda da gənə aşkarlanır. Bu isə o deməkdir ki, gənə yenicə inkişafa başlayır.

Simptomlar:

Gənənin göstəriciləri bunlardı: insanların üz dərisində məsamələr genişlənir, akne (irinləmiş səpkilər), qaşınma, hiperemeiya (qızartı) halları, saçlar və kipriyin tükləri tökülür. Gözlərdə yorğunluq, qıcıqlanma, gözə “tökülən qum” hissiyyatı əmələ gəlir. səthi nahamar (kələ-kötür) olur, burun ölçüləri böyüyür, rəngi dəyişilir (göyümtül-qırmızı, gavalıya bənzəyir). Kişilərdə üz dərisində gənə olan nahiyələrdə tüklər tökülür. Demodekoz kifayət qədər ciddi və təhlükəli xəstəlikdir və öz-özünə keçib getmir. Xəstəlik uzun müddət davam edərsə, gənələr sinə və kürək nahiyəsinə də yayıla bilər.Demodekoz gənələri xüsusilə gecələr dəri səthinə çıxır. Onlar qaranlıq və isti mühiti çox sevir. Gənələr bir neçə həftə yaşayır, tük follikullarının və ya piy vəzilərinin dərinliklərində yumurta qoyurlar. 3-4 gün ərzində yumurtadan yeni gənəciklər çıxır və 7 gün ərzində onlar böyüyüb yetkin gənəyə çevrilirlər. Bir nəslin ömrü 14 gündür”.

Etiologiya:

Demodeksin həddən artıq çoxalmasına zəmin yaradan faktorlara zəifləmiş immunitet sistemi, mədə-bağırsaq sisteminin xroniki xəstəlikləri, endokrin sisteminin xəstəlikləri, hepatit daxildir. Bundan əlavə, dərmanların, hormon tərkibli kosmetikanın uzun müddətli və qeyri-rasional tətbiqi, həmçinin

qeyri-rasional qida, artıq miqdarda qara kofe, alkoqol, istiotlu yeməklər xəstəliyə təkan verə bilər. Xəstəliyin yaranması qadınlarda kişilərdən iki dəfə çox təsadüf olunur.

Demodekozun müalicəsinə gəlincə, həmsöhbətimiz bunun yalnız düzgün diaqnozdan sonra aparıldığını bildirib. Dediyinə görə, demodekozun müalicəsi yalnız diaqnozun həkim tərəfindən təstiqindən sonra başlayır. Diaqnoz kliniki gediş əsasında qoyulur, amma təsdiqi mikroskopik müayinə ilə edilir. müalicənin ev şəraitində aparılması mümkün deyil. Ona görə həkimə müraciət etmək lazımdır. Müalicə müddəti dərinin zədələnmə və deformasiya dərəcəsindən asılıdır. Orta hesabla 3-4 həftə çəkir, lakin demodekozun ağır formaları bir neçə aydan bir neçə ilə kimi uzanır. Buna görə də ağırlaşmalar başlamadan müalicəyə başlamaqda fayda var”.

Rekomendasiya:

Demodekoz xəstələri üçün məsləhətlər:

– Demodeks gənələri suyu çox sevdiyindən həftədə iki dəfə yuyunmaq lazımdır.

– Üz dərisi aloye və kələm şirəsində isladılmış salfetlərlə maska edilir.

– İmmun sistemi möhkəmləndirmək, müqaviməti artırmaq üçün İMMUNOTEA çayı və ŞƏFA vitamini içilməsi məsləhətdir.

– Üz dərisi gündə 3-4 dəfə səpgilər üçün FİTOLOSYON vasitəsiylə silinir.

– Tük balışlardan imtina edilir və mütəmadi olaraq yataq dəsti yuyulur, ütülənir və təzələnir.

– Dəri günəş şüaları, külək və şaxtadan qorunmalıdır.

– Qida rasionundan kəskin ədviyyatlı, şirin, yağlı qidalar və alkoqol çıxarılmalıdır.

– Daha çox meyvə və tərəvəzlərdən istifadə edilməlidir.

Kosmetoloji xidmətlər(üzün kosmetik təmizlənməsi,müxtəlif pilinqlər, Alopesiya (saç tökülməsi), Seboreya, Hiperhidroz (qolaltı tərləmənin müalicəsi), akne, kademon, melazma, Hiperpiqmentasiya, qırışlar, dəri sallanmaları, fotoqocalma, Plazmoliftinq, mezoterapiya, dolğular, Filler və.s) üçün MEDİCAL HOUSE Tibb Mərkəzi, həkim-kosmetoloq NURLANA AĞAYEVAYA müraciət edə bilərsiniz.

 

Müəllif:

AYSEL SƏFƏRLİ

 

Share: