Dünən Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Müstəqil.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbir Bakı vaxtı ilə saat 17:00-da başlayıb. Püşkdə Azərbaycan təmsilçisi “Qarabağ”ın da pley-offdakı rəqibi bilinib. Komandamız Fransanın “Marsel” klubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, pley-off mərhələsində ilk matçlar 2022-ci il fevralın 17-də, cavab qarşılaşmaları isə fevralın 24-də oynanılacaq. Mərhələni keçən tərəf Konfrans Liqasının 1/8 finalına yüksələcək.
UEFA Konfrans Liqası
Pley-off mərhələsi
“Marsel” (Fransa) – “Qarabağ” (Azərbaycan)
PSV (Niderland) – “Makkabi” (Təl-Əviv, İsrail)
“Fənərbaxça” (Türkiyə) – “Slaviya” (Praqa, Çexiya)
“Midtüllan” (Danimarka) – PAOK (Yunanıstan)
“Lester” (İngiltərə) – “Randers” (Danimarka)
“Seltik” (Şotlandiya) – “Budyo Qlimt” (Norveç)
“Sparta” (Praqa, Çexiya) – “Partizan” (Serbiya)
“Rapid” (Vyana, Avstriya) – “Vitess” (Niderland) və ya “Tottenhem” (İngiltərə) (Daha sonra qərar veriləcək)
Müstəqil.Az