“Ağlaya-ağlaya zabitə dedim ki, məni atama görə niyə döyürsüz” – Cümhuriyyət generalının oğlu

Müstəqil.az xəbər verir ki, Modern.az Azərbaycan Cümhuriyyətinin yüzilliyi ilə bağlı silsilə yazılarına davam edir. Bu dəfə əvvəllər də haqqında bir neçə dəfə Səməd bəy Mehmandarov haqqında daha üç faktı təqdim ediləcək. Başlayaq, birincidən: burada biz Səməd bəy haqqında ilk həqiqi bilgini oxuyacağıq. Onun müəllifi isə araşdırmaçı Mövsüm Əliyevdir. Doğrudur, onun verdiyi məlumatda kifayət qədər yarımçıqdır. Amma Səməd bəy haqqında verilən ilk müstəqil  bilgi kimi də çox maraqlıdır. Ona qədər isə Səməd bəy isə yalnız Çar ordusunun zabiti kimi xatırlanıb:
İlk məlumat
 “Odlar yurdu” qəzetinin 13 iyul 1989-cu il tarixli 13-cü sayında böyük sərkərdənin həyatının bundan bir qədər sonrakı dövrü, daha konkret desək, 15 il keçəndən sonrakı xidmət illəri haqqında yazan M.Əliyev aşağıdakı məlumatları çatdırırdı: “Səməd bəy 1890-cı ildə kapitan rütbəsi almış, 1891-ci ildə isə ikinci dərəcəli “Müqəddəs Stanislav” ordeninə layiq görülmüşdür. 1894-cü ildə Səməd bəy hərbi komandanlığın əmri ilə Varşava hərbi dairəsinin sərancamma göndərilmşdir. 1896-cı ildə o, ikinci dərəcəli “Müqədds Anna” ordeni ilə təltif edilmişdir. 1898-ci ildə podpolkovnik rütbəsi alan Səməd bəy Mehmandarov Zabaykalye artilleriya diviziyasının komandiri təyin edilmişdir. O illərdə diviziya Mancuriyada yerləşirdi. 1900-1901-ci illərdə Çində antiimperialist hərəkatının yatırılmasında Səməd bəy Mehmandarovun komandir olduğu diviziya da iştirak etmişdir. Lakin Səməd bəy Mehmandarov silahsız Çin əsgərlərinə atəş açmağa razı olmamışdır. 1901-ci ildə S.Mehmandarov polkovnik rütbəsi və üçüncü dərəcəli “Müqəddəs Vladimir” ordeni, habelə üstündə “Qəhrəmancasına dərqlənməyə görə” sözləri yazılmış qızıl qılınc almışdır. Rus-yapon müharibəsi zamanı Port-Artur şəhərini qəhrəmancasına müdafiə edən Səməd bəy Mehmandarov 1904-cü il oktyabr ayının 22-də general-mayor rütbəsinə və dördüncü dərəcəli “Müqəddəs Georgi” ordeninə layiq görülmüşdür. 1907-1910-cu illərdə Səməd bəy Mehmandarov 3-cü Sibir ordusunda artilleriya rəisi işləmişdir. 1908-ci il iyulun 13-də hərbi xidmətlərinə görə ona general-leytenant rütbəsi verilmişdir.
 Qarabağ səfərindən reportaj
 Baş nazir N.Yusifbəylinin və hərbi nazir S.Mehmandarovun Qarabağa gəlmələri haqqında məlumat verən “Azərbaycan” qəzeti 3 avqust 1919-cu il sayında yazırdı:
“Qarabağın həyatında daha əlamətdar bir hadisə – bu 29-30 iyul günləri oldu. Bu günlərdə Qarabağ özünün ən əziz və sevimli qonaqlarını – Gəncə qubernatoru Rəfıbəyovun müşayət etdiyi Baş nazir N.Yusifbəylini və hərbi nazir S.Mehmandarovu qəbul etmək sevincini yaşadı. Qonaqlar iyulun 29-da Xankəndinə gəldilər, orada qoşunların paradı oldu. Paradı Baş nazir N. Yusifbəyli qəbul etdi… İyulun 30-da əziz qonaqlar Şuşaya gəldilər. Şəhərdə qonaqlar ruhanilər və əhali tərəfindən duz-çörəklə qarşılandılar. Sonra qonaqlar Azadlıq meydanına gəldilər və burada ruhanilər və əhali tərəfindən nitqlər söyləndi. Cavab nitqi söyləyən Baş nazir müsəlmanların başqa millətlərin nümayəndələri ilə dinc yanaşı yaşamalarının zəruriliyindən danışaraq, qeyd etdi ki, bunsuz Azərbaycanın rifahı mümkün deyil”.
İndisə Nəsib bəyin, Səməd bəyin nitq söylədiyi gözəl Şuşa torpağı erməni tapdığı altında öz xilaskarını gözləyə-gözləyə inləyir. Ancaq qəvi düşmən də yaxşı bilir ki, Şuşanın və başqa işğal edilmiş ərazilərimizi əsrin əvvəllərində Azərbaycandan qopardığı toıpaqlara qata bilməyəcək, tez-gec  o  yerlər azad ediləcək.
12 yaşlı oğluna təzyiq
Aşağıdakı təsirli fakt isə araşdırmaçı  Lətif  Şüküroğlunun arxivdən əldə etdiyi material əsasında təqdim olunur: İqor Səməd bəyin 3-cü Sibir korpusunda artilleriya rəisi təyin edildiyi 1908-ci ilin 18 noyabmrda anadan olub.
Qeyd etdiyimiz kimi, həmin il iyul ayının 13-də 53 yaşlı hərbçi generalın həyatında daha mühüm bir hadisə baş verdi, o, general- leytenant rütbəsi aldı. Oğlu dünyaya gəlməsindən hədsiz şad olan S.Mehmandarov onun adını Pir qoyub, sonra isə bu ad dəyişdirilərək İqor edilib. Səməd bəy 1915-ci ildə 2-ci Qafqaz ordusu korpusunun komandanı təyin ediləndə İqorun iki yaşı. 55 Azərbaycanın ikinci hökumətində nazir olanda 11, həbs olunanda isə cəmi 12 yaşı vardı və təbii ki, bu yaşda uşağın atasının fəaliyyətində hansı şəkildəsə iştirakı qeyri-mümkün idi. Ancaq “çeka”, “enkevede” cəlladları üçün bütün bunların heç bir əhəmiyyəti yox idi, əhəmiyyətli olansa, onun kimin oğlu olması, yeri gəlsə, hətta əsli-köküydü. Pirin xatirələrindən: “Atamdan sonra tez-tez anamı və məni “çekaya” çağırırdılar. Min cür hədələyici suallar verirdilər. Suallara düzgün cavab versək də, verməsək də bizi döyüb incidirdilər. Bir dəfə lap cana doyub ağlaya-ağlaya soruşdum ki, axı məni niyə döyürsünüz? Verdiyiniz sualların cavabını mən həqiqətən də bilmirəm, yalandan nə deyim? Mənim günahım nədir? – Günahınız ondan ibarətdir ki, özünüzə yaxşı valideynlər seçməmisiniz”.
Butırsk həbsxanasının rəisinə 3 noyabr 1920-ci ildə 1512 saylı talon göndərən ÜFK-nm xüsusi şöbəsi “bu sənədi alan kimi Səməd bəy Mehmandarovu təcili həbsdən azad edəsiniz” tapşırığı verir.
Həbsdən buraxılan keçmiş hərbi nazir 1921-ci ilin payızında Moskvadan Bakıya qayıdır. Elə həmin il Səməd bəy Mehman- darov Azərbaycan SSR hərbi-dəniz komissarlığında məsləhətçi vəzifəsində işləmiş, 1924-cü ildən 1927-ci ilin axırına qədər isə Azərbaycan hərbi məktəbində və Zaqafqaziya hərbi-piyada məktəbində dərs demiş, həmçinin, Bakı Zabitlər evində fəaliyyət göstərən “Hərbi-elmi cəmiyyət”inin sədri olub. 1928-ci ildə istefaya buraxılan Azərbaycanın ilk hərbi generalı, dalbadal dörd hökumətində hərbi nazir postunu tutmuş Səməd bəy Mehman- darov 1931-ci ilin fevral ayında Bakıda vəfat edib.

Share: