Ukrayna prezidenti Vladimir Zelenski növbəti brifinqdə çıxış edib.
O, belaruslara müraciət edərək, ölkənin “yenidən mehriban və təhlükəsiz olmasını” arzulayıb.
Zelenski Belarusda danışıqlara başlamaq təklifindən xəbərdar olduğunu deyib: “Əgər bu ölkə döyüşlərdə iştirak etməsəydi, Kiyev Belarusda danışıqlara razı olardı”.
Ukrayna prezidenti qeyd edib ki, başqa şəhərlər danışıqlar üçün platforma ola bilər: “Varşava, İstanbul, Bakı – biz bu şəhərləri danışıqlar üçün Rusiyaya təklif etmişik. Və ya Ukraynaya raketlər atmayan hər hansı digər şəhər”.