Niderlandda iki şirkət sintetik yanacağdan istifadə edəcək

Niderlandda iki şirkət sintetik yanacağdan istifadə edəcək

Müstəqil.Az “Seanews.az”-a xəbər verir ki, hər iki şirkət planeti gələcək nəsillər üçün qorumaq məqsədi ilə sənayedə zəruri dəyişikliklərin vacibliyini dərk edir və gündəlik fəaliyyətləri zamanı ətraf mühitə mənfi təsirləri minimuma endirmək üçün fəal addımlar atmağa çalışırlar.

HVO, heyvan yağları və piylər kimi 100% bərpa olunan xammaldan hazırlanır və ətraf mühitə karbon qazı tullantılarını 90%-ə qədər azaldır.

Sintetik yanacaqdan adi dizel yanacağının əvəzi kimi istifadə edilə bilər və mühərriklərin dəyişdirilməsinə ehtiyac olmayacaq.

Pilot layihə Benilüks limanları vasitəsilə 12 ay ərzində Duisburg bölgəsinə yük çatdırılmasını əhatə edəcək.

Hər iki biznes tərəfdaşı layihənin dəyərini bərabər şəkildə bölüşəcək və layihə uğurlu olarsa, təmiz sintetik yanacaqdan digər marşrutlarda da istifadəsi nəzərdən keçiriləcək.

Müstəqil.Az

Share: