Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevə
Surəti: Azərbaycan Respublikasının 1-ci
Vitse-Prezidenti Mehriban xanım Əliyevaya
Surəti: Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi
cənab Bəylər Əyyubova
Surəti: Azərbaycan Respublikasının Təhlükəsizlik Xidmətinin
rəisi cənab Əli Nağıyevə
Surəti: Azərbaycan Respublikasının Baş Prokuroru
cənab Kamran Əliyevə.
Surəti: Azərbaycan Respublikasının İqtisadiyyat Naziri
Cənab Mikayıl Cabbarova
Surəti: Azərbaycan Respublikasının Xarici İşlər Naziri
Cənab Ceyhun Bayramova.

32-ci müraciət.
Çox hörmətli cənab Prezident!
Bununla yazıb sizə bildirirəm ki ,mən indi başa düşdüm ki, bir qrup sizə və ölkəmizə düşmən kəsilən məmurlar mənim müraciətlərimi qəsdən sizdən gizlədir və sizə vermirlər. Ona görə ki, bu adamlar Təhsil Naziri Emin Əmrullayevin törətdiyi çirkin əməllərini düşünülmüş formada sizə çatdirmirlar.
Cənab Prezident məni bu yaxınlarda az qala infarkt vura. Hələdə özümə gələ bilmirəm. Belə ki, mən Emin Əmrullayev kimi səriştəsiz ,səviyyəsiz ,savadsız, bacarıqsız, qabiliyyətsiz ,yerində olmayan bir Nazir görməmişəm.12 mart 2022 ci il tarixində onun Gəncə şəhərində vətəndaşları qəbul edərkən ,məndə qəbuluna yazılıb, basıma gələn haqsızlıqları,ədalətsizlikləri demək üçün qəbulunda oldum. Amma gərək olmayaydim ,çox peşman oldum. Çünki başıma gələn müsibətləri bu insana şərh etdim ,əvəzində mənə hansı cavablari verdi bir-bir sizə sadalayım. İlk növbədə bildirdi ki ,”Müəllim mən sizi işə qaytara bilmərəm. Ona görə ki ,sən məndən şikayət yazmisan ,onda mənə deyərlər ki ,sənin qabağından qorxdum ,qaçdım”. İndi siz baxın bu nazir cümləsidir? Bu nazir sözüdür? Bu elə bil ki, oğru aləminin ,oğru dünyasının adamıdır. Biz bədbəxt olmuşuq .2-cisi mənə dediki “Müəllim bundan sonra da nə istəyirsən yaz ,kimə və hara istəyirsən yaz”. Mən heç kimdən qorxuram . O zaman mən bildirdim ki , mən heç kimə yox cənab prezidentə yazıram. Bu dəfə qeyd etdi ki ,” Mən sənə birdə təkrar edirəm, mən heç kimdən qorxmuram”. Bu nə deməkdir ?Bu necə nazir yanaşmasidir?3-cüsü qeyd etdim ki ,məni bir sual maraqlandırır niyə hər 3-müz Əməkdar müəllim olduğu halda mən və Valeh müəllimi Gəncə təhsilinin müdiri faktiki surətdə əsgəri xidmətdə olmayan ,fərarilik edən ,dezertir sayilan ,SOROS-un tərbiyyəsini alan ,SOROS-da təhsil alan ,SOROS-a xidmət edən, ixtisasca kənd təsərrüfatı mütəxəssisi, Bank işçisi Anar Qədiməliyevin qərəzli , sifarişi nəticəsində 65-yaşi bəhanə edib işdən uzaqlaşdirdiniz,bizdən qat-qat aşaği olan, məktəb göstəriciləri bizdən zəif olan , məktəb direktoru kimi qəsdən məntəqə sədri olmayan,5 nömrəli məktəbin direktoru Bəhram İmranovu niyə saxlamisiniz ? Hansı ki, biz 30 il məntəqə sədri olmuşuq. Onunla 5 dəfə müqavilə bağlamışınız. Hansi ki , Anar Qədiməliyev və Bəhram İmranovdan Təhsil Nazirliyinə onlarla , yüzlərlə şikayət gedir, amma həmin şikayətlərə baxmirsiniz..Bu sözlərin qabağında mənə cavab verdi ki , Anar Qədiməliyev belə məsləhət olub,belədə edib. Mənə əlavə olaraq bildirdi ki ,əvvəla o ,bank işçisi yox maliyyə işçisidir, onda mən qeyd etdim ki,təhsilin müdiri, niyə təhsil işçisi olmamalıdır?Axı bu adamin təhsildən ,məktəbdən anlayışı yoxdur.Bu adam SOROS-dur.Cavab verdi ki ,nə olsun SOROS-dur.Mənim əlim üzümdə qaldı ,belə çıxdı ki , Anar Qədiməliyev düz deyir ki,mən nazirlə Amerikada bir oxumuşam,mənim arxamda nazir durur, ona görə də nə istəsəm edirəm, özüdə yaxşı edirəm.Təsəvvür edin ki ,Mart ayının 10 -da bağça direktorlari ilə keçirilən onlayn iclasinda deyib ki ,mən sizə söz verirəm ki,30 ildən sonra Azərbaycanda rüşvət olmayacaq və şəffaflıq olacaqdır.Belə çixir ki , Emin Əmrullayev dediyi kimi indi bunların vaxtında rüşvət də var və heç bir şəffaflıq yoxdur.Bu baxımdan da bizim yerimizi hərraca qoyub satiblar.Əlavə mən qeyd etdim ki,sən nə danışırsan:Mən həyatim boyu bu dövlətə və dövlətçiliyə xidmət etmişəm.Özüm şairəm ,onlarla şeirimi ulu öndər Heydər Əliyevə,cənab prezidentə , Mehriban xanım Əliyevaya ,Leyla Əliyevaya vəsf etmişəm .1994 cü il Gəncədə törədilən dövlət çevrilişində mən və Valeh müəllim Heydər Əliyevin yolunda canimizdan keçmişik.Hələ üstəlik , Valeh müəllimin həyat yoldaşı İrina Kalaşnekova “Novosti Gəncə “qazetinin baş redaktorudur.Daim qazetində Heydər Əliyev ideyalarının , İlham Əliyev kursunu davam etdirib. Amma Anar Qədiməliyev dövlət çevrilişinin başinda duran Kəramət Kərimovun yaxin qohumudur.Nazirliyin rəsmisi Orxan Abbasovun atası İrşad Abbasov gecə-gündüz Heydər Əliyevin əleyhinə işləyib.İndi budur bizim xidmətlərimizin cavabı: “Cənab Prezident sizin öz sözünüzdür ki, ölkə hakimiyyətinin əsasini təhsil təşkil edir.Bunlar isə açıqdan-açığa təhsili dağidirlar.Xalqı ,müəllimləri sizdən narazı salirlar .Mən açıq-aşkar gördüm ki , Emin Əmrullayev ,Anar Qədiməliyev artiq harınlayıblar,azğinlaşiblar . Bunlar barədə ciddi ölçü götürməyin vaxtdi gəlib çatıb.Mən bu barədə şəhər rəhbərliyinə də məlumat vermişəm. Mənə elə gəlir ki, müraciəti ünvanlandığım rəhbər vəzifəli şəxslər xüsusilə Əli Nağıyev, Bəylər Əyyubov bu barədə ən ciddi və qətiyyətli addımlar atmalıdır.. Əks təqdirdə ölkəni qorxulu və təhlükəli vəziyyət gözləyir. Emin Əmrullayev qəbulda mənimlə söhbətində özünü nazir kimi yox, küçə adamı kimi aparırdı. Ümidvaram ki, bu müraciətlərimdən sonra cənab prezident və Mehriban xanım Əliyevanı dəstəkləyənlər ölkəmizin gələcəyi naminə Emin Əmrullayevin, Anar Qədiməliyevin, Orxan Abbasovun istefa ərizələrini tezliklə alacaqlar. Ən maraqlısı budur ki, bu adamlar məqsədyönlü şəkildə Heydər Əliyevə və İlham Əliyevə cani dildən xidmət göstərən adamları o cümlədən bizi durmadan təqib edirlər.

Hörmətlə: Həsənov İlham Musa oğlu
Azərbaycan Respublikasının Əməkdar müəllimi, 1995-ci ildən YAP-ın üzvü,
8 şeir kitabının müəllifi, Prezident mükafatçısı, “Qızıl Qələm” mükafatı laureatı,
Gəncə şəhər Veteranlar Şurasının üzvü,
Azərbaycan Yazıçılar, Jurnalistlər, Aşıqlar birliyinin üzvü
Heydər Əliyevin yaxın dostu və silahdaşı
Əlaqə nömrəsi: 050-333-40-27

Share: