“Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsi ətrafındakı sülhməramlı prosesdə effektivliyini artırmaq niyyətindədir”.
Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.
Rusiyanın bu il ATƏT-in Minsk qrupunun həmsədri kimi aktivliyini qorumaq və artırmaq niyyətində olub-olmamasıyla bağlı suala o belə cavab verib: “İlk növbədə, işin effektivliyini yüksəltmək lazımdır”.
“Məncə, hamı elə bununla məşğuldur”, – M.Zaxarova əlavə edib.
Müstəqil.Az