Aprelin 1-i Sumqayıt şəhər Poeziya evində şairə Esmira Günəşin Sumqayıt şəhidi evin tək övladı olan şəhid Rüfət Mustafayevin xatirəsinə həsr etdiyi “Cənnətdən gələn hədiyyə” kitabının təqdimatı oldu. Kitab şəhid Rüfət Mustafayevin anası Afət xanımın istəyi ilə çap olunaraq, onun xatirəsini yaşadanlara və eləcə də kitabda yer alan digər şəhidlərimizin ailələrinə təqdim olundu. Tədbirdə kitabda yer alan şəhidlərimizdən şəhid Bilala Qənbərovun ailəsi və Bayıl qəsəbəsində yerləşən 51 saylı məktəbin şəhid Bilal Qənbərovun adını daşıyan sinfinin şagirdlari, Sumqayıt şəhər 22 saylı məktəbin şəhid Ruslan İmamquliyevin adını daşıyan 9b sinfinin müəllimi Fərqanə Rüzbəyova və şagirdləri, şəhid Niyaməddin Ələkbərovun ailəsi və Sumqayıt ş. 32 nömrəli TTLE Liseyinin şəhidimizin adını daşıyan 1b sinifinin müəllimi Fəxriyyə müəllimə və şagirdləri, şəhid Abdulla Əhmədovun anası və Sumqayıt ş. 7 saylı məktəbin şəhidimizin adını daşıyan 4c sinifinin müəllimi Valide Əliyeva və şagirdləri, şəhid Kərim Əhmədəliyevin anası və Sumqayıt ş. 5 nömrəli məktəbin şəhidimizin adını daşıyan 3a sinifinin müəllimi Fərmanova Xatirə və şagirdləri, şəhid Ülvü Məhərrəmovun anası və M.Füzuli adına 15 saylı məktəbin şəhidimizin adına sinifin rəhbəri İbrahimova Vüsalə və şagirdləri, şəhid Sərxan Əliyevin anası və Sumqayıt ş. Humanitar və Təbiət Riyaziyyat Təmayüllü liseyin şəhidimizin adını daşıyan 11c sinifinin şagirdi Fatimə Abdullayeva, şəhid Əlzamin Mustafalının anası və İsmət Qayıbov adına 1 saylı tam orta məktəbin şəhidimizin adını daşıyan 1a sinifinin şagirdləri Nigar və Rüqayə, şəhid Fərhad Fərhadlının anası və Qubadlı r. Xələc kənd tam orta məktəbin şəhidimizin adını daşıyan 4c sinifinin müəllimi Əliyeva Aynur və şagirdləri, şəhid Vüsal Muradovun anası və Sumqayıt ş. 9 saylı məktəbin 7c sinif şagirdi Ruslan Əşrəfov, 11 saylı məktəbin şəhid Vüsal Allahverdiyevin adını daşıyan 1c sinfinin müəllimi Qənimət müəllim və şagirdləri, şəhid Nadir Rzayevin anası və Sumqayıt ş.15 saylı məktəbin şəhidimizin adını daşıyan 4-cü sinif şagirdi Aydan Quluzadə, şəhid Saleh Nuriyevin anası və “İstedadx liseyində şəhidimizin adını daşıyan 4a sinifinin müəllimi Sədaqət Məmmədova və şagirdləri, şəhid Elmar Nəsibovun anası və 44 saylı məktəbin şəhidimizin adını daşıyan 8d sinifinin müəllimi Ülviyyə müəllimə və şagirdləri, şəhid Qubad Əliyevin ailəsi və 11 saylı məktəbin şəhidimizin adını daşıyan 3a sinfinin müəllimi Ləman Rzayeva və şagirdləri, şəhid Elvin İsmayılovun anası və 24 saylı məktəbin şəhidimizin adını daşıyan 3a sinfinin müəllimi Aygün müəllim və şagirdləri, şəhid Ruslan Məmmədovun anası və qazi qardaşı Siyavuş Məmmədov, həmçinin “İstedad” liseyinin şəhidimizin adını daşıyan 7c sinif şagirdi Pərviz Məmmədov, şəhid Səmid Əliyevin anası və 7 saylı məktəbin şəhidimizin adını daşıyan 3a sinfinin müəllimi Nazilə müəllim və şagirdləri, şəhid Nicat Nəbiyevin anası və 39 saylı məktəbin direktoru Bəxşeyiş müəllim, şəhidimizin adını daşıyan 4a sinfinin müəllimi Səfərova Nazilə müəllimə və şagirdləri, şəhid Nurlan Nuruzadənin bacısı və İnternat Tipli Gimnaziyanın şəhidimizin adını daşıyan 1c sinifinin müəllimi Ruhiyyə müəllim və şagirdləri, 14 saylı məktəbin şəhidimizin adını daşıyan 3ç sinifinin nümayəndələri, Qubadlı r. İşıqlı kənd tam orta məktəbin müəllimləri Sənubər müəllim və Əfsanə müəllimlə birlikdə şagirdləri və şəhid Rüfət Mustafayevin doğmaları iştirak edirdi. Tədbirin təşkilatçılığını və aparıcılığını edən kitabın müəllifi Esmira Günəşin dəvəti ilə şairə Aygül Özü Vətən və qiraətçi Həbibə Mehman da iştirak edirdilər. Tədbirdə Sumqayıt şəhər N. Gəncəvi adına kitabxana klubunun rəhbəri Ülviyyə xanımın iştirakı da şəhid analarına təsəlli oldu. Xüsusilə vurğulamaq lazımdır ki, Sumqayıt şəhər 26 saylı uşaq baxçasının şəhid Rüfət Mustafayevin adını daşıyan qupun hazırladığı səhnə hər kəsi qürurlandırdı. Qrupun rəhbəri Axundova Səkinə müəllim və musiqi rəhbəri Mahmudova Sevinc müəllimin Rüfət haqqında şeirləri də hər kəs tərəfindən maraqla dinlənildi. Tədbirin sonunda Esmira Günəş bu tədbirin baş tutmasında əməyi keçən “Şəhid Analarına Dəstək” İB-nin rəhbəri şəhid Əbdülməcid Axundovun anası Ceyran xanıma, Poeziya evinin rəhbəri İbrahim İlyaslıya təşəkkürünü bildirdikdən sonra şəhid Rüfət Mustafayevin anası Afət xanımla birlikdə kitablar qonaqlara hədiyyə etdilər. Tədbir xatirə şəkilləri ilə sona çatdı.
Müstəqil.az