Pakistanın Ali Məhkəməsi Milli Assambleyanın buraxılmasını və Baş nazir İmran Xana etimadsızlıq səsverməsinin ləğvini qeyri-konstitusion adlandırıb.
Müstəqil.Az xəbər verir ki, bu barədə Geo-TV telekanalı məlumat yayıb.
Baş hakimlər Milli Assambleyaya İmran Xana etimadsızlıq səsverməsi üçün aprelin 9-da iclas çağırmağı tapşırıblar.
Milli Assambleya aprelin 3-də baş nazirin müraciətindən sonra prezident Arif Alvinin qərarı ilə buraxılıb.
Müstəqil.Az