ABŞ prezidenti Donald Tramp keçən il İngiltərənin anti-islam hərəkatı lideri “Britain First” qrupunun paylaşdığı videoları öz tvitter səhifəsində retvitlədiyi üçün üzr istəyib.
Publika.az xəbər verir ki, Davos Formunda İngiltərə mediasına açıqlama verən prezident qrup haqqında heç bir bilgisi olmadığını söyləyib və “görüb görə biləcəyiniz ən az irqçi insan mənəm” ifadələrini işlədib.
Tramp bildirib ki, videoları paylaşmaq anti-islam qrupuna dəstək vermək anlamına gəlməməlidir: “Əlbəttə ki, onların necə bir insan olduqlarını bilmirdim. Onlar haqqında, ümumiyyətlə, heç nə bilmirdim. Orada-burada oxuduğum bir neçə cümlə xaric, hələ də o qrup haqqında məlumatım yoxdur”.
Qeyd edək ki, Donald Tramp radikal sağçı “Britain First” siyasi hərəkatının lideri Cayda Fransenin müsəlmanların əleyhinə paylaşdığı videogörüntüləri şəxsi tvitter hesabında paylaşmışdı.
ABŞ prezidentinin retvitlədiyi videoları təqdim edirik: