Ərdoğandan Qərbə: Kilsələrinizə bomba düşsəydi…

Suriyada son terrorçu yox edilənə qədər əməliyyatlarımızı davam etdirəcəyik.

Müstəqil.Az  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Bizim heç kimin torpağında gözümüz yoxdur. Heç kim qüruruna və heysiyyatına təcavüz etmə niyyətimiz yoxdur. Bizə əməliyyatların nə vaxt bitəcəyi deyildiyi gün Kilisdəki məscidimizə raket atıldı və iki qardaşımız şəhid oldu. Qərb bunu görürmü? Onlarla vətəndaşımız yaralandı. Qərb bunu görürmü? Sizin ölkənizdəki şəhərlərə bomba atılsaydı, atəş açılsaydı, nə edərdiniz? Kilsələrinizə raket düşsəydi, dua edənlər ölsəydi, nə reaksiya verərdiniz?” – deyə o bildirib.
İlkin

Share: