Heydər Əliyevin bu sözləri müəllim peşəsini necə də gözəl anladır. Azərbaycan müəllimi bütün dövrlərdə olduğu kimi müasir dövrdə də, layiqli vətəndaş yetişdirmə missiyasını yerinə yetirməyə davam edir.
Belə müəllimələrdən biri ötən il MİQ imtahanında 60 balla respublika birincisi olan, paytaxtın Nərimanov rayonundakı Tərəqqi liseyində çalışan, 2″c” sinfinin ibtidai sinif müəlliməsi Amilə Qorçuyevadır.
Ötən gün 28 may Müstəqillik Gününü şagirdləri ilə birlikdə qeyd edən müəllimə cümhuriyyət tariximizi, şanlı keçmişimizi, Azərbaycan respublikasının quruculuğunu uşaqlara əyani şəkildə, bayram abu-havasında öyrədir, onları vətənpərvər ruhda yetişdirir.
Milli.Az