Təranə MUSAYEVA
Bütöv Qarabağdan bir an da olsun vaz keçmədik. Xüsusən Şuşaya “qeyrət qalamız” – dedik! İndi o müqəddəs yerlərə layiq olmayanları “göndərib” xalqa sanki göz dağı verirlər!!
Mənaviyyatınız olsun, çoxumuzun gedib ayaq basmağa ürək etmədiyimiz müqəddəs torpaqlarda nə hoqqalardan çıxırsız?!
Ərəbin müqəddəs dediyiniz torpaqlarından min qat müqəddəsdir o torpaqlar bizimçün! Şəhidlik-doğma torpaq uğrunda ölmək deyilmi? Bizim Şəhidlərimiz hakimiyyət uğrunda, din uğrunda ölməyiblər, məhz doğma torpaq uğrunda ölüblər!
Bəsdirin! Vicdanınız olsun!
“Hamı gedəcək-deyirlər. Gedəcək də, ləyaqətsiz insanların o müqəddəs yerlərə dövlət xətti ilə getməsi canımı acıdır!
Qardaşlarımın qanı axan torpaqlara şərəfsiz insanların gedib ləyaqətsiz insanlar kimi min hoqqadan çıxmaqları canımı acıdır!
Axı o torpaqlarda gəzəndə belə yerə baxaraq, barmaqlarının ucunda yeriməlisən ki canımız olan oğullarımızın qanı tapdanmasən!
Qanınız Azərbaycan qanıdırsa Şuşada özünüzü ADAM kimi aparın!
Yetər artıq, kişiliyiniz, mənliyiniz, ləyaqətiniz olsun!