Ukrayna Prezidenti Volodimir Zelenski İstanbulda əldə olunmuş razılaşmalara uyğun olaraq, ölkəsinin tezliklə Qara dənizdən taxıl ixracını bərpa edəcəyini açıqlayıb.
Müstəqil.Az bildirir ki, bu barədə “Svoboda.org”-un məlumatında bildirilir.
“Bizim dəhlizimiz var, sularımızda ona Ukrayna nəzarət edir və oradakı gəmilərin yoxlanmasını yalnız ukraynalılar həyata keçirəcək”, – deyən Zelenski Rusiya iddialarının əksinə Ukrayna tərəfinin ixrac razılaşmasını pozmadığını vurğulayıb. Ukrayna Prezidentinin sözlərinə görə, ixracın sonrakı təminatı Türkiyə və BMT-nin üzərinə düşür, onlar “taxıl, qarğıdalı və arpa daşımağa razılaşan digər ölkələrin gəmilərinin təhlükəsizliyinə diqqət yetirməlidirlər”, o cümlədən Rusiyanın hərəkətlərinə. “Məlum oldu ki, razılaşmadan sonra Rusiya hətta raket də ata bilər”.
Müstəqil.Az