Kulebadan Avropa İttifaqına çağırış: “Yeganə çıxış yolu cavab zərbəsi endirməkdir”

Ukrayna xarici işlər naziri Dmitri Kuleba Rusiyanın Avropaya qarşı qaz müharibəsini Ukraynaya qarşı müharibənin davamı adlandırıb. O, həmçinin Aİ-ni Rusiyaya cavab zərbəsi endirməyə çağırıb.

“Putinin Avropaya qarşı qaz müharibəsi Ukrayna müharibəsinin birbaşa davamıdır. Harada ziyan vura bilərsə, o, bunu edəcək. O, hər bir avropalı ailənin normal həyatını məhv etmək üçün Avropanın Rusiyadan istənilən asılılığından istifadə edir. Yeganə çıxış yolu cavab zərbəsi endirmək və istənilən bütün asılılıqlardan qurtulmaqdır”, – deyə Kuleba “Twitter” hesabında qeyd edib.

Mənbə: Yevropeyskaya pravda


Share: