Rusiya bu məqsədlə İstanbula hərbi heyət göndərdi

Rusiya hərbi heyəti Ukrayna limanlarından taxıl çıxarılması üzrə Birgə Koordinasiya Mərkəzində işləmək üçün İstanbula gedib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən açıqlamada bildirilib ki, Birgə Koordinasiya Mərkəzi Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi altında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında imzalanmış “Ukrayna Limanlarından Taxıl və Ərzaq Məhsullarının Təhlükəsiz Daşınması Təşəbbüs Sənədi”nin müddəalarına uyğun olaraq fəaliyyətə başlayıb.

Bəyanatda kontr-admiral Eduard Luyikin başçılıq etdiyi ekspert heyətinin bu gün İstanbulda olacağı və dördlü formatda işə başlayacağı qeyd edilib.

“Birgə Koordinasiya Mərkəzindəki rusiyalı ekspertlərin əsas vəzifəsi təşəbbüsün praktiki icra mərhələsinə keçməsi üçün lazım olan bütün məsələləri tez bir zamanda həll etmək olacaq”, – deyə açıqlamda vurğulanıb.

Qeyd edək ki, Rusiya nümayəndə heyətinin fəaliyyəti Rusiya Müdafiə Nazirliyinin xüsusi nəzarəti altında olacağı bildirilib.


Share: