FED uçot dərəcəsini artırdı

ABŞ-ın Federal Ehtiyat Sistemi uçot dərəcəsini yenidən 75 bənd artıraraq illik 2,25-2,5%-ə çatdırıb.

Bu barədə tənzimləyicinin saytında yerləşdirilən press-relizdə deyilir.

Bildirilir ki, belə bir addım may ayında 1981-ci ildən bəri rekord həddə çatan inflyasiyanı yavaşlatmaq məqsədi daşıyır.

Eyni zamanda, FED faiz dərəcəsi üzrə diapazonunun daha da artırılmasını məqsədəuyğun hesab edir.

Qeyd edək ki, bunadək sonuncu artım iyunun ortalarında baş verib.

Share: