Yaponiyanın ən böyük aqlomerasiyalarından biri olan Osakada koronavirus səbəbilə ən yüksək təhlükə səviyyəsi elan edilib. Prefekturada gündəlik yoluxma halları rekord həddə – 25 762 nəfərə çatıb. Bir gün əvvəl bu göstərici 196 500 idi.
Bu səbəbdən təhlükə səviyyəsi apreldən bəri ilk dəfə “sarı”dan “qırmızı”ya doğru qaldırılıb.
Ümumiyyətlə, ölkənin 47 prefekturasının 14-də rekord sayda gündəlik yeni yoluxma qeydə alınıb.
Pandemiya başlayandan bəri Yaponiyada 11,7 milyon insan koronavirusa yoluxub, onlardan 32 mini vəfat edib.
Mənbə: The Japan Times